Sabah Investment Group

Resepşionist
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Səbail rayonu, Sabah Residence kompleksi
- Struktur: Satış Ofisi
- Əməkhaqqı: 500–700 AZN (təcrübəyə əsasən)
Vəzifə öhdəlikləri:
- Ofisə daxil olan qonaqların nəzakətli şəkildə qarşılanması və yönləndirilməsi
- Telefon zənglərinin cavablandırılması və müvafiq struktur bölmələrə dəqiq yönləndirilməsi
- Gələn sənədlərin və məlumatların qəbul edilməsi, qeydiyyatı və sistemə daxil edilməsi
- Struktur bölmələrə inzibati dəstək göstərilməsi (məsələn: görüş otaqlarının təşkili, yazışmaların ötürülməsi və s.)
- Excel və digər ofis proqramlarında gündəlik məlumatların işlənməsi və izlənməsi
- Ofisin ümumi ab-havasının qorunması, təmiz və səliqəli iş mühitinin təmininə dəstək
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili
- İngilis dilində sərbəst danışıq və yazı bacarığı – mütləqdir
- Rus dili biliyi – üstünlükdür
- Microsoft Office, xüsusilə Excel proqramı ilə işləmək bacarığı
- Yaxşı ünsiyyət və danışıq tərzi (diksiyası)
- Xoş görünüşlü, səliqəli, nəzakətli və gülərüz
- Detallara diqqətli, intizamlı və operativ işləmək bacarığı
- Müştəri və qonaqlarla peşəkar davranış etikasına sahib olmaq
Təklif olunur:
- Sabit və rahat iş rejimi
- Rəqabətli əməkhaqqı
- Gülərüz və peşəkar komanda ilə əməkdaşlıq
- Karyera inkişafı üçün fürsətlər
- Şirkət daxilində təlim və dəstək
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.