Arbitro

Şirkət haqqında:
“Arbitro” şirkəti Azərbaycan Respublikasının qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi qeydiyyatdan keçərək hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamla irəliləyən dövlətimizdə vətəndaşların və hüquqi şəxslərin hüquqi problemlərinin həllində, hüquq və qanuni mənafelərinin hüquqi müdafiəsində töhfə vermək məqsədi ilə təsis edilmişdir. Şirkətimizin fəaliyyətinin əsası sahibkarlarımızın həlledilməz hesab etdiyi problem – bizim üçün gündəlik qarşılaşdığımız rutin vəziyyətdir tezisidir. “Arbitro” şirkəti fəaliyyətində aşağıdaki prinsiplərə təminat verir: – Bütün insan və vətəndaşlar üçün əlçatanlıq; – operativlik; – konfidensiallıq; – kompleks xidmət; – şəffaflıq və dürüstlük. Şirkətin təsis olunmasından qısa müddət keçməsinə baxmayaraq hüquqi fəaliyyət sferasında mühüm uğurlara imza atmışdır. Bu uğurların təməlində sözsüz ki, təcrübəli əməkdaşların gərgin əməyi dayanır. Firmanın əsas fəaliyyəti hüquqi şəxslərə müxtəlif növ hüquqi yardım və konsaltinq xidmətləri göstərilməsinə yönəlmişdir. Fəaliyyət sahələri cox şaxəlidir. Belə ki, hüquqi şəxslərin yaradılması, şirkətlərin fəaliyyəti üçün zəruri hüquqi sənədlərin hazırlanması, tərəfləri beynəlxalq və yerli hüquqi şəxslər olan ticarət müqavilələrinin hazırlanması müvəffəqiyyətlə təmin edilir. Biznesin təşkili sahəsində müştərilərimizə qanunvericiliyin tələbləri izah olunmaqla hüquqi problemlərin həllində əməli köməklik göstərilir, onlara bu fəaliyyətlə bağlı faydalı məsləhətlər verilir. Mübahisələrin məhkəməyə qədər həlli, həmçinin bütün məhkəmə instansiyalarında müvəkkillərin təmsili, hüquq və qanuni maraqlarının etibarlı müdafiəsi təşkil edilir. Firmanın hüquqşünaslarının tərtib etdiyi sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmasına xüsusi əhəmiyyət verilərək,bu sahəyə ciddi diqqət yetirilir. “Arbitro” şirkəti fəaliyyəti dövründə müraciət edənlər üçün zəmanətin və güvənin ünvanı olmağı layiqincə bacarmışdır.
Əlaqə vasitələri:
Təcrübəçi Hüquqşünas (ödənişli)
İş şəraiti
- Əmək haqqı: 100 - 200 AZN
- Şəhər: Bakı
İş barədə məlumat:
- Şirkətimiz yerli və xarici müştərilərə hüquq xidmtləri göstərir;
- Korporativ hüquq və məhkəmə sahəsində ixtisaslaşmaq arzusunda olan, praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan gənclər üçün “Təcrübəçi-hüquqşünas” vakansiyasını elan edirik;
- Peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
- Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı təkmilləşdirmək;
- Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi;
- Təqdim olunmuş müqavilələrə hüquqi rəylərin verilməsi;
- Məktub,ərizə və şikayətlərə cavab hazırlanması;
- Rəhbərliyin digər tapşırıqlarının icrası;
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən aşağı
- 3 aylıq təcrübə proqramını uğurla keçmiş namizədlər işlə təmin oluna bilər;
- Ali təhsil müəssisələrinin 4-cü kurs və magistr 1 və 2-ci tələbələri müraciət edə bilər;
- Ünsiyyət qurma bacarığı
- Komandada işləmə bacarığı
- Daim öyrənmək həvəsi
- Müraciət edən şəxslərin çoxluğundan asılı olaraq, nəmizədlər test və müsahibə yolu ilə seçiləcək;
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl (Rus- İngilis dili arzuolunandır)
- MS Office (Word, Excel ) yüksək səviyyədə bilmək ;
Əlaqədar şəxs: Aytac xanım
Əlaqə: 055 219 55 25
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.