Vision Academy

Şirkət haqqında:
Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.
Əlaqə vasitələri:
Mühasib üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı
Vision Academy tərəfindən təşkil olunan 3 aylıq Əməliyyatçı-Mühasib Təlim-Təcrübə Proqramına qeydiyyat davam edir.
Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Mühasibat sahəsində biliklərini artırmaq və praktiki təcrübə qazanmaq istəyənlər.
- Ali təhsilli şəxslər ( karyerasını mühasibat və maliyyə sahəsində qurmaq istəyənlər)
- Aktiv və məsuliyyətli gənclər.
Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
Mühasibat Uçotu və Əsasları:
- Mühasibat uçotunun əsas prinsipləri.
- Hesabatların hazırlanması və yoxlanılması.
- Əməliyyatların uçota alınması (pul, mal, xidmət əməliyyatları).
- Maliyyə sənədlərinin düzgün doldurulması və arxivləşdirilməsi.
Əməliyyatların İdarə Edilməsi və Sənədləşmə:
- Gəlir və xərc əməliyyatlarının uçotu.
- Bank və kassa əməliyyatlarının aparılması.
- Vergi sənədlərinin hazırlanması və təqdimatı.
- 1C və digər mühasibat proqramlarında əməliyyatların daxil edilməsi.
Hesabatlıq və Maliyyə Analizi:
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması.
- Mühasibat balansının təhlili.
- Vergi hesabatlarının və ödənişlərinin aparılması.
- Mühasibatlıq sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsi.
Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 3 ay davam edəcək.
- Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla, ümumilikdə 264 saat olacaq.
- 3 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Yanaşma – Mühasibat və əməliyyat işləri real nümunələr üzərindən öyrədilir.
- Mentor Dəstəyi – Təcrübəli mühasiblərdən fərdi rəhbərlik və dəstək.
- İş Bacarıqlarının İnkişafı – Müxtəlif mühasibat proqramları və əməliyyatların idarə olunması.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Sertifikat – Proqramı tamamlayanlara təcrübə sertifikatı təqdim olunur.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq forumu doldura bilərsiniz.
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Sosial Media Hesablar: