ASADZADE SANAN MMC

Şirkət haqqında:
Bizimlə avtomobil almaq, sadə və rahatdır!
Biz, “ASADZADE SANAN” MMC, 2015-ci ildən etibarən xarici ölkələrdən (ÇİN,AMERİKA,KOREYA, ALMANİYA) yeni və ikinci əl avtomobillərin idxalı və satışını həyata keçirən lider şirkətik. Bizim məqsədimiz, Azərbaycanda avtomobil sektorunda qiymətləri tənzimləyərək müştərilər üçün alış dəyərini daha əlçatan etməkdir . Bununla yanaşı dövrün tələblərinə uyğun olaraq avtomobilləri sərfəli qiymət və şərtlərlə idxalını həyata keçirmək. İdxaldan sonra isə müştərinin istifadəsində olduğu dövrdədə avtomobilə xüsusi texniki diqqət və qayğı göstərməkdir . İdxal olunan bütün avtomobillərin məlumatları öncədən dəqiqliklə müştərilərə bildirilir və yeni vəziyyətdə idxal olunan bütün avtomobillərə 50.000 km rəsmi servis qarantiyası verilməkdədir “ASADZADE SANAN” MMC müştəri məmnuniyyətininin və daim aşağı qiymət prinsiplərinin üzərində qurularaq bu yolu prioritet hesab edir və hər bir müştəriyə fərdi yanaşma ilə xidmət edərək bütün prosesdə onlara yaxından dəstək olur. Bizim peşəkar heyətimiz avtomobil idxalını ən yüksək səviyyədə həyata keçirmək üçün bu sahədə artıq 5ildən çox təcrübəyə sahibdir . və bütün kollektiv sizə dəstək olmaq üçündür. Dünyanın bütün brendlərinə məxsus olan geniş çeşidli avtomobil seçimi, sizə müvafiq maliyyə planlaması yerli bazardan qat-qat aşağı qiymətə və istənilən və sığorta xidmətləri ilə dəstəklənir. “ASADZADE SANAN” MMC ! Ən etibarlı tərəfdaşınız
VİZYON
“ASADZADE SANAN” MMC-nin vizyonu, müştərilərimiz üçün bütün avtomobil qiymətlərini əlçatan edərək onları yeni avtomobillərlə təmin etmək və bunu ən etibarlı formada ən qısa zamanda edərək avtomobil idxalı və satışında sektorda lider olmaqdır. Bizim məqsədimiz müştəri məmnuniyyətini . müştərinin inam- etibarını qoruyaraq sifariş əsasında və yerli bazarda etdiyimiz bütün satışlarımızla ölkəmizin avtomobil sektorunda inkişafa doğru əsaslı dəyişikliklər etməkdir.
MİSSİYA
Müxtəlif avtomobil marka və modelləri ilə müştərilərimizin avtomobil ehtiyaclarını tam olaraq qarşılamaq , sərfəli alış qiyməti. Qısa zamanda çatdırılma xidməti və yüksək əminliklə əldə olunan avtomobillərin səmərəliliyini müştərilərə təmin edərək, məmnuniyyəti maksimum dərəcədə artırmaqdır. Biz, peşəkar xidmətimizlə müştərilərimizin avtomobil alqı-satqısı prosesini sadə və rahat etmək üçün çalışırıq.
Əlaqə vasitələri:
Videoeditor (Video Redaktor)
İş prinsipi: Şirkətin sosial media və reklam ehtiyacları üçün vizual cəlbedici, peşəkar video kontentlərin hazırlanması.
Tələblər:
- Adobe Premiere Pro, After Effects proqramlarını bilmək
- Qrafik dizaynla işləmə bacarığı üstünlükdür
- Kreativ baxış və kompozisiya hissi
- Video montaj üzrə minimum 1 il təcrübə
Vəzifə öhdəlikləri:
- Qısa video və reelslərin hazırlanması
- Reklam və təqdimat videolarının montajı
- Kontent komandası ilə əməkdaşlıq
- Brend üslubuna uyğun vizual materiallar yaradılması
Əmək haqqı:800-1000 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.