Sabah Investment Group

Mühasib, maya dəyəri üzrə (Cost Accountant)
İş şəraiti:
- Layihə: Tikinti sektoru üzrə layihə
- İş yeri: Bakı şəhəri, Səbail rayonu
- İş rejimi: Tam ştat
Əsas Vəzifə Öhdəlikləri:
- Tikinti layihələri üzrə maya dəyərinin hesablanması və uçotunun aparılması;
- Layihə xərclərinin təhlili və faktiki xərclərlə büdcə arasında müqayisələrin aparılması;
- Xərclərin düzgün kodlaşdırılması və müvafiq bölmələr üzrə təsnifləşdirilməsi;
- Tikinti materiallarının, əmək haqqının və avadanlıq xərclərinin layihələr üzrə ayrılıqda izlənməsi və hesabatlarının hazırlanması;
- Müvafiq şöbələrlə (satınalma, mühəndislik, maliyyə) sıx əməkdaşlıq edərək xərclərin uyğunluğuna nəzarət etmək;
- Həftəlik və aylıq əsasda layihələr üzrə xərclər hesabatlarının hazırlanması;
- Rəhbərlik üçün maliyyə və xərclər üzrə təhlil və təkliflərin hazırlanması;
- 1C və Excel proqramında məlumatların düzgün şəkildə daxil edilməsi və uçotunun aparılması.
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
- Maya dəyəri hesablamaları üzrə minimum 2 il iş təcrübəsi (tikinti, istehsalat sahəsində təcrübə üstünlükdür);
- 1C və Microsoft Excel proqramları ilə yüksək səviyyədə işləmə bacarığı;
- İngilis dili biliyi (yaxşı səviyyədə), rus dili biliyi arzuolunandır;
- Maliyyə təhlili və hesabat bacarığı, diqqətcil və analitik düşüncəyə malik olmaq;
- Komanda ilə işləmə bacarığı və strukturlaşmış yanaşma.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
Qeyd: Kişi namizədlərə üstünlük veriləcəkdir.