Holcim

Şirkət haqqında:
Holcim Azərbaycan dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilmişdir. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir.
Holcim Azərbaycan ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatı ödəyir. Hal-hazırda, Holcim Azərbaycan ASC-nin istehsalı olan sementdən irimiqyaslı tikinti işlərində, o cümlədən qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur. 26 aprel tarixində Qaradağ Sement re-brendinq olunaraq Holcim Azərbaycan ASC oldu.
Sement, beton və aqreqatlar sektorlarda 100 ildən artıq təcrübəsi ilə Holcim tikinti materialları sənayesində aparıcı şirkətdir. Hal hazırda şirkətimizdə 80,000-ə yaxın işçi dünyanın 80 ölkəsində fəaliyyət göstərir.
Əlaqə vasitələri:
Binastore Satıcı
Əsas vəzifələr:
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq,
- Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
- Müştəriyə smeta və komersiya təkliflərinin hazırlayıb təqdim etmək;
- Satışın icrasını təmin etmək;
- Anbarda səliqəyə nəzarət etmək, anbar qalıqlarını nəzarətdə saxlamaq və inventarizasiya kecirmək;
- Administratorun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək:
Kvalifikasiyalar:
- Tələb olunan təhsil (qanunla təsdiq olunan sənəd)
- Orta ixtisas və ya peşə təhsili
İş təcrübəsi:
- Müvafiq sahədə iş təcrübəsi
Sürücülük vəsiqəsi