Azprotein Foods Group

Şirkət haqqında:

"AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.

6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.
Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır.

Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.

Əlaqə vasitələri:

Soba operatoru

“Az Protein Foods Group” MMC Sosis-kolbasa istehsal şöbəsinə Soba operatoru peşəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Yaş həddi:  25 - 40 yaş
  • Staj: 2 – 4 il
  • Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
  • Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər.

Vəzifə öhdəlikləri:

  • termiki aqreqatlarda, bişirmə qazanlarında, avtomatik hisə vermə qurğularında, qovurma, buxarda bişirmə, hisə vermə və qurutma kameralarında kolbasa məmulatlarının qovrulması, bişirilməsi, hisə verilməsi, qızardılması və qurudulması proseslərini həyata keçirmək.
  • hisə vermə kameralarında ətin hisə verilməsi prossesini həyata keçirmək.
  • xammalın yüklənməsi və hazır məhsulun kameradan çıxarılması və soyudulması üçün göndərilməsi.
  • temperatur rejimini tənzimləmək, texnoloji prosesin davam etdiyi müddətə nəzarət etmək və məhsulun hazır olub-olmadığını orqanoleptik olaraq və cihazların köməyi ilə müəyyən etmək.
  • termiki kamerada və termiki aqreqatlarda əla növ kolbasa məmulatlarının termiki emalı texnoloji prosesinin həyata keçirilməsi.
  • avtomatika və nəzarət-ölçü cihazlarının köməyi ilə, verilmiş proqram üzrə texnoloji rejimlərin yerinə yetirilməsini təmin etmək, proqrama uyğun olaraq temperatur-rütubət rejimlərinə nəzarət etmək və qoruyub saxlamaq.
  • məmulatın keyfiyyət göstəricilərinə, onun normativ-texniki sənədlərə uyğun olmasına nəzarət etmək.
  • nəzarət-ölçü cihazlarına, tüstü generatorlarına xidmət göstərmək, onları vaxtaşırı olaraq təmizləmək.
  • termiki kameralarda və termiki aqreqatlarda sanitar-gigiyenik rejimə riayət etmək.

İş şəraiti

  • Əmək haqqı: 700 manat
  • İş qrafiki: 6 günlük.
  • Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap