Baku Electronics

Şirkət haqqında:
Qurulduğumuz ilk gündən etimadınız üçün çalışdıq və artıq ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biriyik.
1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başladıq. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda Respublika üzrə 24 mağazada 60-dan çox rəsmi distribütoru olduğumuz brendlərin satışını həyata keçiririk.
Müasir dünyanı, yenilikləri həyatınıza qatmaq üçün çıxdığımız bu yolda satışın sadəcə məhsul satmaqla məhdudlaşmadığını öyrəndik. Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olduq. İşinizi asanlaşdırıb, yenilikləri əlçatan etdiyimiz üçün qürurluyuq!
Əlaqə vasitələri:
Brend Menecer
“Baku Electronics” Marketinq komandasına hal-hazırda “Brend Menecer” vakansiyasına namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!
Xüsusi tələblər:
- Marketinq, Biznesin İdarəedilməsi və ya əlaqədar sahə üzrə ali təhsil;
- Brend və ya məhsul marketinqi sahəsində minimum 2 il iş təcrübəsi;
- Maraqlı və təsirli brend hekayələri və kampaniyaları yaratmaq bacarığı;
- Güclü koordinasiya, planlaşdırma və layihə idarəetmə bacarığı;
- İstehlakçı trendləri və pərakəndə satış dinamikalarına dair məlumatlılıq;
- Komanda ilə işləmək bacarığı və təşəbbüskarlıq;
- Azərbaycan dili üzrə sərbəst bilik; rus və ingilis dillərini bilmək üstünlükdür;
- Özəl markalar və ya yerli brendlərlə işləmə təcrübəsi üstünlük hesab olunur;
- Kampaniya büdcələşdirilməsi və kreativ brif hazırlamaq sahəsində təcrübə arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Kreativ komandalarla sıx əməkdaşlıq edərək brend mövqeləndirməsini və vizual identikliyi inkişaf etdirmək;
- Rəqəmsal, POS və influencer kanalları daxil olmaqla 360° kommunikasiyaları əhatə edən kampaniyaların planlaşdırılması və icrasını təmin etmək;
- Bazar trendləri və müştəri davranışlarını təhlil edərək brend fəaliyyətlərini təkmilləşdirmək və yeni təşəbbüslər irəli sürmək;
- Məhsul, satış və e-ticarət komandaları ilə əməkdaşlıq edərək brend strategiyalarının şirkətin ümumi məqsədləri ilə uyğunluğunu təmin etmək;
- Brend təqvimi və əsas mövsümi aktivlikləri planlaşdırmaq, həyata keçirmək və effektivliyini ölçmək.