Baku Electronics

Şirkət haqqında:
Qurulduğumuz ilk gündən etimadınız üçün çalışdıq və artıq ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biriyik.
1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başladıq. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda Respublika üzrə 24 mağazada 60-dan çox rəsmi distribütoru olduğumuz brendlərin satışını həyata keçiririk.
Müasir dünyanı, yenilikləri həyatınıza qatmaq üçün çıxdığımız bu yolda satışın sadəcə məhsul satmaqla məhdudlaşmadığını öyrəndik. Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olduq. İşinizi asanlaşdırıb, yenilikləri əlçatan etdiyimiz üçün qürurluyuq!
Əlaqə vasitələri:
Marketinq layihələri üzrə aparıcı menecer
“Baku Electronics” hal-hazırda Marketinq komandasına “Marketinq layihələri üzrə aparıcı menecer” vakansiyasına namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!
Xüsusi tələblər:
- Marketinq layihələrinin və kampaniyalarının idarə olunması sahəsində ən azı 3 il təcrübə;
- Agile, Waterfall və digər layihə idarəetmə metodologiyalarına yaxşı bələdlik;
- Kompleks, çoxsaylı tərəfdaşlarla olan layihələrin uğurla idarə olunması üzrə sübut edilmiş təcrübə;
- Media, vendor və kreativ komandalarla işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Marketinq layihələrinin planlaşdırılması, təşkili və başdan sona icrasına rəhbərlik etmək;
- Layihə məqsədlərinin müəyyən edilməsi, aidiyyəti tərəflərlə koordinasiya və kampaniya strategiyalarının hazırlanması;
- Kreativ brifinqlərin təşkili, vendor və tərəfdaşlarla əməkdaşlıq, media planlaşdırma və koordinasiyanı həyata keçirmək;
- Kampaniya performans göstəricilərini (KPI) izləmək və nəticələrə əsasən optimallaşdırma aparmaq;
- Gənc komanda üzvlərinə mentorluq etmək və strukturlaşdırılmış iş axınları qurmaq;
- İstehlakçı davranışı və bazar məlumatları əsasında kampaniyaların təkmilləşdirilməsi üçün təhlillər aparmaq;