Ultra Technologies

Şirkət haqqında:
Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olaraq, Hewlett Packard Enterprise, Cisco, Dell, Oracle, HP və s. digər İT korporasiyaların rəsmi statuslu tərəfdaşıdır. ULTRA Technologies şirkəti E-Təhsil, E-Sənəd Dövriyyəsi, E-İmza, E-Bank, E-Kitabxana, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Elektron portalı və s. kimi qlobal əhəmiyyətli iri elektron layihələri həyata keçirmişdir
Əlaqə vasitələri:
Şəbəkə üzrə 2-ci Dərəcəli Mühəndis
Əsas vəzifə öhdəlikləri:
- LAN, WAN, VPN və digər şəbəkə infrastrukturlarının idarə olunması və dəstəklənməsi.
- Cisco, MikroTik, Fortinet, Juniper və digər vendor avadanlıqlarının konfiqurasiyası və texniki baxışı.
- 2-ci səviyyəli texniki dəstək çağırışlarına baxılması və problemlərin operativ həlli.
- Routing (OSPF, BGP və s.) və Switching (VLAN, STP və s.) üzrə problemlərin diaqnostikası və aradan qaldırılması.
- Firewall sistemlərinin idarə olunması və şəbəkə təhlükəsizliyinin təmin edilməsi.
- Şəbəkə monitorinqi (Zabbix, PRTG və s.) və hesabatların hazırlanması.
- Müəyyən olunmuş vendorlar üzrə sertifikat imtahanlarının verilməsi və texniki biliklərin davamlı yenilənməsi.
- Layihələrdə texniki iştirak və sənədləşmə işlərinin aparılması.
Tələblər:
- Kompüter şəbəkələri üzrə minimum 2 il iş təcrübəsi.
- Cisco CCNA və ya bənzər səviyyəli beynəlxalq sertifikat (vacibdir); CCNP, MikroTik, Fortinet və s. üzrə əlavə sertifikatlar üstünlükdür.
- TCP/IP, OSI modeli, subnetting, routing, switching, VPN və şəbəkə təhlükəsizliyi üzrə dərin biliklər.
- Network troubleshooting alətlərindən istifadə təcrübəsi (Wireshark, Nmap, iperf və s.).
- Analitik düşüncə, məsuliyyətli yanaşma bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; Rus və İngilis dili bilikləri arzuolunandır.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
- İş yeri: Səməd Vurğun 79B
Müraciət etmək qaydası:
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Şəbəkə üzrə 2-ci Dərəcəli Mühəndis” qeyd etmələri xahiş olunur.