Azersun Holding

Şirkət haqqında:
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.
Əlaqə vasitələri:
İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri
VƏZİFƏNİN MƏQSƏDİ:
İnşaat Layihələndirmə və Dizayn Şöbə Müdiri vəzifəsinin əsas məqsədi tikinti və istehsalat obyektlərinin layihələndirilməsi prosesini planlamaq, koordinasiya etmək və həyata keçirməkdir. Vəzifə sahibi layihənin ilkin konsepsiyasından icra mərhələsinə qədər bütün texniki sənədlərin və planların hazırlanmasına nəzarət etməli, komanda rəhbərliyi və dövlət orqanları ilə əlaqəni təmin etməlidir.
ƏSAS VƏZİFƏ VƏ FUNKSİYALARI:
Layihələndirmə və Texniki İdarəetmə:
- Tikinti və sənaye obyektlərinin dizayn həllərinin işlənməsi və layihələrin hazırlanması
- Baş memar və texniki heyətlə birgə memarlıq və mühəndislik dizaynlarının koordinasiyası
- Elektrik, mexanika və infrastruktur üzrə texniki qərarların uyğunluğunu təmin etmək
Komanda Rəhbərliyi və Koordinasiya:
- Şöbənin təşkilati idarəolunması və daxili komanda üzvləri arasında tapşırıqların bölgüsü
- Memar, mühəndis və dizaynerlərdən ibarət komandanın fəaliyyətinə rəhbərlik
- İcraçı mühəndislərlə layihə uyğunluğunun təmin edilməsi
Keyfiyyət və Nəzarət:
- Layihə sənədlərinin standartlara, normativlərə və müştəri tələblərinə uyğunluğunun yoxlanması
- Texniki rəyin verilməsi və dizayn mərhələsində risklərin idarə olunması
- Rəsmiləşdirilmiş layihələrin ekspertizaya hazırlanması və təhlili
Əlaqə və Təmsilçilik:
- Layihə rəhbərliyi, dövlət orqanları və müştərilərlə texniki görüşlərdə iştirak
- FHN, Tikinti Nazirliyi və digər təsdiqləyici orqanlarla əlaqələrin qurulması
- Tabeçiliyində olan işçilərin peşəkar inkişafına dəstək
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Təhsil: Ali texniki təhsil (memarlıq, inşaat mühəndisliyi və ya əlaqəli sahələr üzrə)
- İş təcrübəsi: Minimum 10 il layihələndirmə, tikinti və sənaye obyektlərinin dizaynı sahəsində təcrübə. Rəhbər vəzifələrdə təcrübə (arzuolunandır)
- Kompüter bilikləri: AutoCAD, Revit, ArchiCAD, SketchUp, Lumion, MS Office proqramlarında sərbəst işləmək bacarığı
Texniki və nəzəri biliklər:
- Layihələrin memarlıq və mühəndislik hissələrinin işlənməsi
- İstehsalat, zavod və sənaye obyektlərinin funksional planlaşdırılması
- Layihələrin normativ sənədlərə və tikinti qaydalarına uyğun hazırlanması
- Müxtəlif mühəndislik sahələrinin inteqrasiyasını təmin etmək bacarığı (elektrik, mexanika və s.)
- 3D vizualizasiya və render sahəsində bacarıqlar