Avant Group MTK

Şirkət haqqında:
Əlaqə vasitələri:
Kommersiya koordinatoru
Vəzifə funksiyaları:
- Hər ayın 5-nə qədər Forma 2-nin tam və düzgün hazırlanmasını təmin etmək məqsədilə bütün müvafiq struktur və işçi qrupları ilə koordinasiyanın həyata keçirilməsi;
- Subpodratçılardan təqdim edilən iş aktlarının vaxtında toplanmasına və prosedur qaydalarına uyğun şəkildə idarə olunmasına nəzarət;
- Toplanmış aktların Keyfiyyətə Nəzarət, Memarlıq, Layihə Rəhbərliyi və digər müvafiq şöbələr tərəfindən təsdiq edilməsini təmin etmək;
- Təsdiqlənmiş aktların 1C ERP sisteminə düzgün və operativ şəkildə daxil edilməsinə nəzarət;
- Daxili işçi qruplar tərəfindən təqdim olunan daxili aktların vaxtında və tam şəkildə toplanmasının təşkil edilməsi;
- HR şöbəsindən əməkhaqqı üzrə aylıq məlumatların vaxtında əldə olunması və Forma 2 üçün uyğunlaşdırılması;
- Müvafiq sənəd və məlumatlarda baş verən gecikmələri qeyd edən cədvəlin hazırlanması və səbəblərinin sənədləşdirilməsi;
- Gecikmə halları ilə bağlı rəhbərliyin vaxtında yazılı və/və ya şifahi şəkildə məlumatlandırılması;
- Ofis və sahə layihələri arasında yerində koordinasiya və nəzarət funksiyalarının effektiv icrası.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (idarəetmə, iqtisadiyyat, mühəndislik və s.);
- Tikinti və ya kommersiya sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis, rus və ingilis dili bilikləri üstünlükdür.
- Güclü koordinasiya və ünsiyyət bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Təşkilatçılıq və sənədlərlə işləmə bacarığı;
Əlavə məlumat:
- İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı müsahibə əsasında