Avromed Company QSC

Şirkət haqqında:
Avromed Company QSC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə əməkdaşlıq edərək Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdəyik. Ölkənin bütün ərazisində Avromed şirkətinin infrastrukturunda çalışan əməkdaşların sayı 1150 nəfərdən çoxdur. Bakıda yerləşən Avromed mərkəzi ofisi ilə yanaşı Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofis, 8500 kv.m-lik anbar, həmçinin də 240-dan çox çatdırma və ağır yük avtomobillərindən ibarət avtoparkı ilə Azərbaycanın əczaçılıq sahəsində ən böyük logistik imkanlara sahib olan şirkətlərdən biridir.
Əlaqə vasitələri:
Kateqoriyaların idarə edilməsi üzrə təcrübəçi
Ərazilər: Bakı
İşin təsviri:
- Kategoriyaların idarə olunmasında təcrübə qazanmaq imkanı.
- Məhsul portfeli təhlili və idarə edilməsində iştirak etmək.
- Satış analizləri və bazar araşdırmalarında iştirak
- Məhsul monitorinqi və hesabatların hazırlanması
- Kampaniyaların hazırlanmasına və həyata keçirilməsinə kömək etmək.
- Komanda ilə effektiv ünsiyyət qurmaq və əməkdaşlıq etmək.
- Dərman məhsullarının kateqoriyalara uyğun qruplaşdırılması
Tələblər:
- Təhsil: Ali.Tibbi
- Dil bilikləri: Rus dili– yaxşı , İngilis dili-arzu olunan
- Aptek təcrübəsi üstünlükdür.
- MS Office proqramları ilə işləmə bacarığı.
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı.
- Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olan.
Təklifimiz:
- Əla iş şərtləri: sığorta,karyera yüksəlişi;
- Müvafiq sahədə peşəkar inkişaf;
- Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!