ROOF Academic Training

Şirkət haqqında:
ROOF Academic Training komandası dil, beynəlxalq sertifikatlara hazırlıq, IELTS hazırlığı və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir.
Şirkət öz fəaliyyətinə 2017-ci ilin yayında başlamışdır. Ümumi ingilis dili və IELTS hazırlığı ilə fəaliyyətimizə start versək də, hal-hazırda bizim xidmət sferamız həmçinin bu sahələri də əhatə edir: SAT imtahanına hazırlıq, korporativ ingilis dili dərsləri və xaricdə təhsil xidmətləri.
40 nəfərdən ibarət komandamızı təcrübəli, təhsilini həm ölkə daxilində, həm ölkə xaricində almış, xarici sertifikatlara malik müəllimlər təşkil edir. Müştərilərimizin əsasını isə yuxarı sinif məktəb şagirdləri, müxtəlif universitetlərin bakalavr və magistr tələbələri və həmçinin xaricdə yaşamaq və təhsilini davam etdirmək niyyətində olan 30 yaşa qədər şəxslər təşkil edir.
Əlaqə vasitələri:
Qrafik dizayner
Funksional tabeçilik: Marketing Manager
Vəzifənin Məqsədi
Roof Academic Training brend kimliyini əks etdirən sosial media postları və digər marketinq materiallarının dizaynını həyata keçirmək, vizual kommunikasiyanı gücləndirmək və şirkətin ümumi tanıtım strategiyasına dizaynla dəstək olmaq.
Vəzifə və öhdəliklər
- Sosial media üçün kreativ və brendə uyğun dizaynlarının hazırlanması (marketing komandasının digər üzvləri ilə birgə çalışaraq)
- Mövcud dizayn şablonlarının inkişaf etdirilməsi və yenilərinin yaradılması
- Korporativ təqdimatların dizaynı
- Tədbirlər, sərgilər və digər marketinq məqsədli materialların dizaynı (brandwall, buklet, roll-up və s.)
- Dərs vəsaitlərinin, jurnalların və digər öyrədici materialların brendləşdirilməsi
- Müxtəlif çap və rəqəmsal materialların dizayn edilməsi və çapa hazırlanması
- Reklam kampaniyaları üçün dizayn konseptlərinin hazırlanması
- Rəhbərlik və komanda tərəfindən verilən dizayn tapşırıqlarının vaxtında və keyfiyyətlə icrası
Namizəddən Gözləntilər:
Minimum Tələblər:
- Qrafik dizayn sahəsində minimum 3-4 il peşəkar təcrübə
- Sosial media dizayn trendləri və platformalara uyğun dizayn tələbləri ilə tanışlıq
- Adobe Creative Cloud programları ilə yüksək səviyyədə işləmək bacarığı
- Yüksək estetik zövq və kreativ yanaşma
- Deadline-lara ciddi riayət etmə və paralel layihələri idarəetmə bacarığı
- Komanda ilə effektiv əməkdaşlıq və müstəqil işləmək qabiliyyəti
Üstünlük sayılacaq
- Motion graphic və/və ya video redaktə sahəsində təcrübə
- PowerPoint və Keynote proqramlarında korporativ təqdimat hazırlamaq bacarığı
- Branding sahəsində təcrübə və iş təcrübəsi
- İngilis dili biliyi
İş Şərtləri
- Əmək haqqı: 1200–1500 AZN (təcrübə və bacarıqlara əsasən)
- İş rejimi: Tam-ştat, həftədə 6 gün (şənbə – qısa iş günü)
- Peşəkar və dinamik komanda
- Kreativ ideyaların tətbiqinə açıq mühit
Müraciət etmək istəyən namizədlər CV-lərini qeyd olunan elektron poçt adresinə göndərə bilərlər.