METAK

Şirkət haqqında:
Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
Biz bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik və 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!
Əlaqə vasitələri:
Sürücü
İşin təsviri
- Yol hərəkəti qaydalarına riayət etməklə təhlükəsiz və səliqəli idarəetmə.
- Rəhbərin tapşırıqlarını yerinə yetirmək, avtomobili vaxtında təqdim etmək.
- Ailə üzvlərinin, o cümlədən uşaqların məktəbə aparılması və gətirilməsi, ailə ilə bağlı digər səfərlərin təşkili.
- Ailə üçün zəruri malların və məhsulların alınması.
- Avtomobilin texniki vəziyyətinə və təmizliyinə nəzarət etmək, vaxtında texniki baxışdan keçirmək və xırda nasazlıqları aradan qaldırmaq.
- Naviqasiya tətbiqlərindən istifadə etməklə optimal marşrutların seçilməsi.
- Məxfilik qaydalarına riayət etmək və əmlaka diqqətlə yanaşmaq.
- Zərurət yarandıqda, o cümlədən nadir hallarda həftəsonları əlavə tapşırıqların icrası.
Tələblər
- Şəxsi sürücü kimi ən azı 3 il iş təcrübəsi.
- Zərərli vərdişlərin olmaması.
- Yol hərəkəti qaydaları və avtomobillərin texniki istismarı üzrə biliklər.
- Naviqasiya tətbiqlərindən istifadə bacarığı.
- Diqqətlilik, məsuliyyət, stresə davamlılıq, səliqəlilik.
- Mehriban və düzgün ünsiyyət, məxfi məlumatları qoruma bacarığı.
- Bakı şəhərinin mərkəzinə yaxın ərazilərdə yaşamaq üstünlükdür.
- Yaş həddi: 30–50 yaş.
İş şərtləri
- İş yeri Bakı - Dərnəgül
- Beş günlük iş həftəsi (bazar ertəsi–cümə).
- Razılaşma əsasında nadir hallarda həftəsonları əlavə tapşırıqlar.
- Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
- Xidmət avtomobili və yanacaq işəgötürən tərəfindən təmin olunur.