Global Innovations

Şirkət haqqında:
“Global Innovations” LLC şirkətinin əsası 2014-cü ildə qurulub.
Şirkətimiz texnoloji həllər, biznesin optimallaşdırması sistemləri, elektron ticarətin və nəğdsız ödənişlərin tətbiqi üzrə ixtisaslaşır. Şirkət orta və kiçik biznesin fəaliyyətini optimallaşdırmaq üçün biznes və biznes proseslərinin idarə olunması sistemlərini inkişaf etdirir.
Müştərilərə bizneslərini genişləndirmək və şirkət xərclərini optimallaşdırmaq imkanı veririk.
Şirkətimiz dünyanın hər yerindən olan proqram tərtibatçıları ilə əməkdaşlıq edir və həll yollarımızı digər ölkələrin qanunlarına uyğunlaşdırmaq imkanı verir.
Əlaqə vasitələri:
Korporativ satış üzrə kiçik mütəxəssis
Əsas vəzifələr:
- Təşkilata yeni müştərilər cəlb edir;
- Qoyulan hədəfləri icra olunması istiqamətində iş aparır;
- Satışla bağlı təlimlərdə iştirak edir;
- İşini icra edərkən təşkilatın korporativ qaydalarına əməl edir və görüşlərdə olarkən taşkilatın siyasətini qoruyur;
- Satışla bağlı keçirilən görüşlərdə müştərilərdən gələn təklifləri təşkilatda diqqətə çatdırır;
- Hər ayın sonunda keçirdiyi görüşlərin nəticələri ilə bağlı hesabat verir
- Satışla bağlı təşkilat daxilində keçirilən görüşlərdə iştirak edir və satışla bağlı yeni təkliflərin verilməsində iştirak edir;
Tələblər:
- Ali təhsil və ya bakalvr dərəcəsi;
- Azərbaycan dili yüksək səviyyədə (İngilis və Rus dilləri arzuolunandır);
- Yaş həddi, 20 – 30 yaş aralığında qız və ya oğlan;
- Satış qabiliyyəti olan (bu sahədə 1 il təcrübəsi olan);
- Ünsiyyətcil, məsuliyyətli, təşəbbüskar olmaq, komandada işləmək bacarığı;
- MS office proqramlarında işləyə bilmək;
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə cv-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.