ABC-Pharm MMC

Şirkət haqqında:
ABC-Pharm MMC əczaçılıq sektorunda ölkə əhalisinin sağlamlıqdan yana dərman vasitələrinə və tibbi ləvazimatlara olan ehtiyaclarını araşdıraraq, onların təminini həyata keçirməkdədir.
Əlaqə vasitələri:
Tibbi nümayəndə (Satış təmsilçisi)
“ABC-Pharm” MMC “APTEK QRUPU”-na Bakı, Sumqayıt ərazisində əməkdaşlığın genişləndirilməsi çərçivəsində “Tibbi nümayəndə” (“Satış təmsilçisi”) vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Yeni əlaqələrin qurulması və davamlı inkişaf etdirilməsi;
- Tibbi nümayişlərin təşkili və təqdimatların həyata keçirilməsi;
- Bazar araşdırmaları və rəqib analizləri aparmaq;
- Şirkətin məhsullarını apteklərdə əczaçılara tanıtmaq
- Məhsullar haqqında düzgün və tam məlumatların təqdim olunması
- Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi
Namizədə tələblər:
- Təhsil: Ali
- Yaş: 22-45
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Azərbaycan dilində səlis danışıq və yazma bacarığı (əlavə xarici dil bililkəri üstünlükdür)
- Satış etmə bacarığı
- Komandada işləmə bacarığı və komandaya nüfuz etmək qabiliyyəti
- Peşəkar ünsiyyət qurma bacarığı
- İnkişafa və öyrənməyə meyillilik
- MC Office (Word,Excell,Power Point,İnternet,Outlook) proqramlarında işləmə bacarığı
- Analitik təfəkkür
- İşində dəqiq və məsuliyyətli olma
- Yüksək səviyyədə təqdimat bacarığı
- Təşkilatçılıq bacarığı
Şirkətin benefitləri:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun qaydada sənədləşdirmə
- Əmək haqqı: (fix: 500 AZN və %)
- Sağlam,pozitiv iş mühiti
- İş performansını və məhsuldarlığını artırmaq məqsədilə davamlı öyrənmə və inkişaf
- İş qrafiki: I-V günlər 10:00-dan - 16:00-dək.
- Ünvan: Abşeron Masazır, Yeni Bakı yaşayış kompleksi.