PARLA Pharmaceuticals

Şirkət haqqında:
Parla Pharmaceuticals Azərbaycanda ilk elmi əsaslı əczaçılıq şirkətidir. Şirkətimiz 2019-cu ildə yaradılıb. Parlanın fəaliyyəti Azərbaycanda yüksək texnologiyalı dərmanların tam istehsalından ibarətdir.
Vizyonumuz
- Səhiyyə xidmətlərinin daha əlçatan olmasına nail olmaq və pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq.
- Müştərilərimiz, əməkdaşlarımız, biznes tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər yaratmaq.
Missiyamız
Missiyamız yüksək keyfiyyətli, münasib qiymətə dərmanlar təqdim etməklə əczaçılıq bazarında müştəri yönümlülüyü və liderliyi inkişaf etdirməkdir. Yüksək texnologiyalı dərman məhsullarının ixracı da əsas fəaliyyət istiqamətlərimizdən biridir.
Əlaqə vasitələri:
Tibbi nümayəndə (Bakı)
İstedadlı insanlarla işləmək, professional mühitdə inkişaf etmək və potensialınızı həyata keçirmək üçün fürsət veririk. Həmçinin ümid edirik ki, bizimlə birlikdə pasiyentlərin həyatını yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi edəcəksiniz!
Vəzifə öhdəlikləri
- Şirkət məhsullarını təqdim etmək
- Gündəlik əczaçılıq müəssisələrinə baş çəkmək
- Bazar təhlili aparmaq
- Satış dinamikasını izləmək
- Fəaliyyət planı tərtib edərək həyata keçirmək və elektron sistemdə qeydiyyat aparmaq
- Maarifləndirici tədbirlər, sosial layihələr həyata keçirmək
Namizədə tələblər
- Yüksək satış bacarığı;
- Dərman məhsullarının satışı sahəsində minimum 1 il təcrübə;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan dili əla, əlavə dil arzuolunandır;
- Sürücülük vəsiqəsi arzuolunandır.
İş şəraiti
- İş saatları- 09:00-18:00 – 5 günlük iş rejimi
- Tibbi sığorta və danışıq paketi