PARLA Pharmaceuticals

Şirkət haqqında:
Parla Pharmaceuticals Azərbaycanda ilk elmi əsaslı əczaçılıq şirkətidir. Şirkətimiz 2019-cu ildə yaradılıb. Parlanın fəaliyyəti Azərbaycanda yüksək texnologiyalı dərmanların tam istehsalından ibarətdir.
Vizyonumuz
- Səhiyyə xidmətlərinin daha əlçatan olmasına nail olmaq və pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq.
- Müştərilərimiz, əməkdaşlarımız, biznes tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər yaratmaq.
Missiyamız
Missiyamız yüksək keyfiyyətli, münasib qiymətə dərmanlar təqdim etməklə əczaçılıq bazarında müştəri yönümlülüyü və liderliyi inkişaf etdirməkdir. Yüksək texnologiyalı dərman məhsullarının ixracı da əsas fəaliyyət istiqamətlərimizdən biridir.
Əlaqə vasitələri:
Baş Mühasib
Tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır;
- Baş mühasib olaraq minimum 3 il iş təcrübəsi;
- Azərbaycan əla, rus və ingilis dili arzuolunandır;
- Güclü analitik düşüncə və operativ qərarvermə bacarığı;
- 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək.
- Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Şirkətin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək.
- İdarəetmə hesabatlarının hazırlanması və təhlili
- Maliyyə və mühasibatlıq proseslərinin/əməliyyatlarının idarə edilməsi və təkmilləşdirilməsi.
- Əməkhaqqı hesablamaları (Payroll) , maya dəyəri hesablamaları və s.
İş şəraiti
- İş yeri - Time Biznes Mərkəzi
- İş saatları- 09:00-18:00 – 5 günlük iş rejimi
- Tibbi sığorta və danışıq paketi