AzəriMed QSC

Şirkət haqqında:
Azəri Med QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək.
Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med QSC Roche Diagnostics, Pfizer Export B.V, Novartis Pharma Services AG, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Milli apteklər zənciri ilə qabaqcıl müştəri-yönümlü sağlamlıq şirkəti olmaq kimi ortaq bir hədəf ətrafında birləşmişik. Dəyişən istehlakçı ehtiyaclarına əsaslanaraq inkişaf edir və 170-ə yaxın apteklərimiz sayəsində vətəndaşlarımıza olduqları hər yerdə xidmət göstəririk .
İnnovasiya və inkişaf, etibarlılıq, humanizm Azəri Med QSC-nin əsas dəyərləridir və məqsədimiz hər kəsin rahat şəkildə əldə edə biləcəyi yüksək keyfiyyətli yeni və çoxşaxəli tibbi məhsullar təklif etməkdir.
Əlaqə vasitələri:
Qeydiyyatçı
Tələblər:
- Yaş: 20-25
- Təhsil: Ali və ya orta ixtisas
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi arzu olunandır;
- Kompüter bilikləri: MS Office programlarında istifadə etmə bacarığı;
- Gecə növbələrinə çıxa bilməli;
- Yüksək nitq mədəniyyəti.
Vəzifə öhdəlikləri:
- Telefon zənglərinin cavablandırılması və lazımi şəxslərə yönləndirilməsi;
- Müştəri sorğularının qeyd edilməsi və sorğuların müvafiq qaydada cavablandırılması;
- Müştəri sifarişləri və şikayətlərinə baxılması və müvafiq istiqamətlərə yönləndirilməsi;
- Müştərilərə tam, dəqiq və dolğun məlumat verilməsi.
İş şəraiti:
- İş qrafiki: Növbəli;
- Əmək haqqı: 400 AZN (Gross);
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov küçəsi