Hüquqşunas
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
Vəzifə öhdəlikləri:
- Şirkətin Podrat, subpodrat, təchizat, xidmət və digər müqavilələrinin hazırlanması, dəyişdirilməsi, yenilənməsi və bağlanması prosesində iştirak etmək;
- Müqavilə şərtlərinin hüquqi risklərini müəyyən etmək, təhlil etmək və onların qarşısının alınması üçün təkliflər vermək;
- Tikinti obyektlərinin icazə, tikinti və istismara qəbul mərhələlərində hüquqi dəstək göstərmək və aidiyyəti dövlət qurumları ilə prosedurları icra etmək;
- Şirkətdaxili normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək;
- Yeni qanunvericilik aktlarının və dəyişikliklərin layihələrə təsirini təhlil edərək rəhbərliyi məlumatlandırmaq və uyğun tədbirlər planı hazırlanmasında iştirak etmək;
- Hüquqi və əməliyyat risklərinin idarə olunmasına dair təkliflər hazırlamaq və risk xəritəsinin yenilənməsində iştirak etmək;
- Müəyyən olunmuş hüquqi risklər barədə əməkdaşları maarifləndirmək (təlimlər, görüşlər və s.);
- Şirkətə aidiyyətli şəxslərlə bağlanılan müqavilələrin və əqdlərin qanunvericiliyə uyğun təsdiqini təmin etmək.
Namizədə aid tələblər:
- Təhsil: Ali – bakalavr (Hüquqşünaslıq ixtisası, magistr dərəcəsi üstünlükdür);
- Hüquq sahəsində ən azı 2 il iş təcrübəsi;
- Kompüter bilikləri: 1C -proqram təminatında və MS Office proqramlarında (xüsusilə Word və Excel) yüksək səviyyədə işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyədə; İngilis dili – işgüzar səviyyədə; Rus dili arzuolunandır;
- Müqavilə hazırlanması, dəyişdirilməsi və hüquqi risklərin idarə edilməsi üzrə təcrübə;
- Müqavilə hüququ, tikinti və daşınmaz əmlak qanunvericiliyi, mülki qanunvericiliyi üzrə biliklər;
- Tikinti, daşınmaz əmlak və iri layihələrin hüquqi müşayiəti sahəsində təcrübə üstünlükdür;
- Analiz və risk qiymətləndirmə bacarığı;
- Hüquqi yazışma və müqavilə danışıqları aparmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Vaxtın səmərəli idarə edilməsi;
- Məntiqi və analitik düşüncə;
- Təşəbbüskarlıq;
- Emosional stabillik və məsuliyyətlilik.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı
- İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.