PASHA Insurance

Şirkət haqqında:
PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.
PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.
Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.
Əlaqə vasitələri:
Aktuar hesablamalar üzrə kiçik mütəxəssis/mütəxəssis
“PAŞA Sığorta” ASC namizədləri Aktuar hesablamalar üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Qeyri-həyat sığorta növləri üzrə aktuari hesablama və modelləşdirmə işlərinin aparılması;
- Sığorta ehtiyatlarının hesablanması və analizi;
- Sığorta ehtiyatlarının hesablama metodunun və istifadə olunan fərziyyələrin sığortaçının həyata keçirdiyi sığorta növlərinə və sığorta məhsullarının hazırlanması ilə bağlı fəaliyyətə uyğunluğunu yoxlamaq;
- Sığorta ehtiyatlarının adekvatlığını qiymətləndirmək;
- Sığorta portfeli üzrə statistik məlumatların toplanması, emalı və təhlili;
- Risklərin qiymətləndirilməsi və zərərlilik göstəricilərinin hesablanması;
- Xidmətin maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair vəzifələri;
- Trendlərin, oxşarlıqların və uyğunluqların müəyyən edilməsi üçün böyük məlumat toplusu ilə işləmək;
- Xidmətin anderraytinq şərtləri və tariflərinin müəyyən edilməsi siyasəti üzrə təhlildə iştirak;
- Xidmətin təkrarsığorta əməliyyatları üzrə siyasətin təhlilində iştirak;
- Qanunvericilik və tənzimləyici tələblərə uyğun hesablamaların aparılması;
- Qanunvericiliklə müəyyən edilən tələblərin icrası ilə bağlı Məsul Aktuari tərəfindən verilən digər tapşırıqların icrası.
Biliklər:
- İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr və magistr pilləsinin məzunları;
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması;
- Aktuar üzrə sertfikatlar arzuolunandır;
- Aktuar sahəsi üzrə təcrübə arzuolunandır.
Bacarıqlar:
- Təşəbbüskarlıq;
- Ünsiyyət qurmaq bacarığı;
- Çalışqan olmaq;
- Öhdəliklərinə məsuliyyətli olmaq;
- Dəqiqlik;
- Fikirlərini aydın izah edə bilmək;
- Komandada işləmək bacarığı.