AZINTELECOM

Şirkət haqqında:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
Əlaqə vasitələri:
.NET Developer (Middle)
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
Tələb olunan bacarıqlar:
- Backend: C# və .NET Core üzrə yüksək səviyyədə bilik
- ORM: Entity Framework Core ilə iş təcrübəsi
- Database: SQL Server və optimallaşdırılmış sorğular (query) yazmaq
- Frontend: HTML5, CSS3, JavaScript, jQuery üzrə bilik
- RESTful API və çoxqatlı (layered) arxitektura təcrübəsi
- OOP və Design Patterns anlayışlarına sahib olmaq
- Git və versiya idarəetmə sistemləri ilə iş bacarığı
- Kodun debug, test və optimallaşdırma bacarığı
- Komanda ilə işləmə qabiliyyəti və vaxtında tapşırığı təhvil vermək
Şərtlər və üstünlüklər:
- Dost və dinamik iş mühiti
- Müxtəlif layihələrdə iştirak və peşəkar inkişaf imkanı
- Elastik iş saatları (şərtlərə görə distant iş imkanı)
- Təcrübə və bacarıqlara uyğun maaş
- Sığorta və bonus sistemi
Namizəd üçün tələblər:
- Minimum 2 il uyğun sahədə iş təcrübəsi
- Portfel və ya nümunə layihələr təqdim edə bilmək
- Məsuliyyətli olmaq və komanda işi bacarığı