NetTech

Şirkət haqqında:
Siz biznesinizin DNT-sinə unikal keyfiyyətlər əlavə edirsiniz, biz isə onun gələcək inkişafı üçün mümkün olan hər şeyi edirik. Yaradıcı, innovativ və texnoloji layihələri həyata keçiririk.
Layihələrimiz - rəqəmsal/media/kreativ sahələrini əhatə edir. Fəaliyyətimiz veb saytların və tətbiqlərin hazırlanması ilə məhdudlaşmır, biz, marketinq və kiber təhlükəsizlik daxil olmaqla rəqəmsal dünyanın bütün sahələrini əhatə edirik. Brendinizi tanıtmaq və sadiq hədəf auditoriyanı formalaşdırmaq üçün sizə bir sıra xidmətlər təklif edirik.
Burada sizə peşəkar yanaşma ilə yeni həllərin təklif olunacağına əmin ola bilərsiniz. Həm böyük brendlər, həm də startaplarla işləyirik. Hər bir layihənin xüsusi üstünlüyünü vurğulayırıq. Layihələrəmiz bizim əvəzimizə danışır. İnanmırsınız? Portfoliomuza keçib özünüz əmin olun.
Əlaqə vasitələri:
Satış Meneceri üzrə təcrübə proqramı
1 aylıq təcrübə proqramı ərzində əldə edəcəksiz:
- Satış strategiyalarının hazırlanması və icrası
- Yeni müştəri bazasının yaradılması və mövcud müştərilərlə münasibətlərin gücləndirilməsi
- Müştəri ehtiyaclarını anlamaq və onlara uyğun məhsul təqdim etmək
- Zənglər vasitəsilə yeni müştərilərlə əlaqə qurmaq
- Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərini izləmək
- Korporativ, fərdi görüşlər, müştərilərlə düzgün ünsiyyətin qurulması proseslərini izləmək imkanı
Namizədə tələblər:
- Satışda minimum təcrübə və maraq
- Kommunikasiya bacarıqları
- Yaş aralığı 20-30 yaş
- Komanda işi
- Karyera və inkişaf meyilli
- Problem həll etmə bacarığı
Qeyd:
- Təcrübə proqramı ödənişlidir, real iş mühitində iş öyrədilir.