İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Şirkət haqqında:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Əlaqə vasitələri:
İnfrastruktur şöbəsinin mütəxəssisi (helpdesk)
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Texniki biliklər:
- Service Desk və JIRA sistemləri üzrə iş təcrübəsi.
- Domain controller və şəbəkə texnologiyaları sahəsində ilkin biliklər,
- Microsoft Windows əməliyyat sistemləri üzrə biliklər,
- Xarici dil bilikləri (ingilis və rus).
- Şəxsi bacarıqlar: Analitik düşüncə, araşdırma və problem həlletmə qabiliyyəti, komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq bacarığı.
Vəzifə öhdəlikləri:
- İnformasiya təhlükəsizliyi siyasətlərinin tətbiqində dəstək göstərmək və aidiyyəti sənədlərin hazırlanmasına kömək etmək;
- Kompüterlərdə əməliyyat sistemlərinin və proqramların quraşdırılması;
- Printerlərin və şəbəkə qovluqlarının idarəsi;
- Sistem inzibatçılığı və texniki dəstək;
- Çağrı mərkəzi problemlərinin həlli;
- JIRA proqramına daxil olan sorğuların operativ icrası.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş yeri: Begoc biznes mərkəzi
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Müsahibə