MPAY QSC

Biznesin inkişafı üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarının hazırlanmasında iştirak etmək.
- Maliyyə dövriyyəsini artıracaq yeni məhsul və xidmətlərin yaradılması prosesində yaxından iştirak etmək.
- Yeni müştərilərin cəlb edilməsi və onlarla əməkdaşlıq prosesini idarə etmək.
- Bazar araşdırması və müştəri sorğuları əsasında potensial müştərilərin müəyyən edilməsini təmin etmək.
- Müştərilərlə ilkin əlaqələrin qurulması (soyuq zəng, onlayn görüş, fərdi görüşlər) və təkliflərin təqdim edilməsi.
- Müqavilə proseslərinə tam nəzarət etmək (şərtlərin müzakirəsi, təsdiqləmə və imzalanma mərhələsi).
- Aidiyyəti struktur bölmələr arasında operativ və düzgün məlumat bölgüsünü təmin etmək.
- Müştərilərin məhsul və xidmətlər üzrə inteqrasiya proseslərini nəzarətdə saxlamaq və icrasını təmin etmək.
- Nağd və onlayn ödəniş bazarlarını mütəmadi izləmək, trendləri araşdırmaq və təkliflər hazırlamaq.
- Təchizatçılarla əməkdaşlığı, sifarişlərin vaxtında verilməsini və icrasını nəzarətdə saxlamaq.
- Görülən işlər barədə şöbə rəhbərinə həftəlik və aylıq hesabat təqdim etmək.
- Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində ortaya çıxan digər tapşırıqların icrasında aktiv iştirak etmək.
Tələblər:
- Minimum 3 il iş təcrübəsi
- Ingilis və rus dillərini bilmək
- Biznes inkişafı işinin təşkili və idarə edilməsini bilikləri
- Bazar araşdırılmasının aparılması təcrübəsi
- Partnyorlarla, müştərilərlə işlərin aparılması qaydalarını bilməli
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;