North West Construction

Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Yanacaq Avadanlıqları üzrə Mexanik-Çilingər (regionlar)
Vəzifə öhdəlikləri:
- Yanacaq avadanlıqlarının (nasoslar, dispenserlər, kompressorlar, klapanlar, filtrasiya sistemləri və s.) sazlanması, texniki baxışı və təmiri.
- Çilingər işlərinin aparılması: nasaz hissələrin sökülməsi, dəyişdirilməsi, qaynaq və montaj işlərinin həyata keçirilməsi.
- Yanacaq anbarı, çənlər, nasos stansiyaları, dispenserlər və paylayıcı qurğuların işlək vəziyyətdə saxlanılması.
- Boru xətlərinin düzgün qoşulması, hermetikliyinin yoxlanılması və müəyyən testlərinin aparılması.
- Klapanlar, muftalar, flanşlar və digər mexaniki hissələrin sazlanması və təmiri.
- Nasaz və köhnəlmiş hissələrin dəyişdirilməsi, yeni avadanlıqların quraşdırılmasında iştirak.
- Yanacaq sızmalarının, texniki nasazlıqların aşkar edilməsi və operativ şəkildə aradan qaldırılması.
- Yanacaq nasoslarının və filtrasiya sistemlərinin təmizlənməsi, baxımı və texniki xidmətinin təşkili.
- Təhlükəli mayelərlə işləyərkən müvafiq qoruyucu vasitələrdən istifadə etmək və işçi təhlükəsizliyini təmin etmək.
- Texniki işlər zamanı təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması.
- Günlük, aylıq və planlı texniki baxışların aparılması və nəticələrin hesabatlaşdırılması.
- Ehtiyat hissələrinin vaxtında dəyişdirilməsi, sifarişlərin hazırlanması və inventar qeydiyyatının aparılması.
- Təmir və quraşdırma işlərinin nəticələrinin sənədləşdirilməsi və rəhbərliyə hesabat verilməsi.
Tələblər:
- Texniki-peşə təhsili və ya mexanika, çilingərlik, avadanlıqların təmiri sahəsində orta ixtisas təhsili
- Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və digər mexaniki avadanlıqların quruluşu və işləmə prinsiplərini bilmək
- Çilingər və mexaniki alətlərlə işləmə bacarığı.
- Yanacaq avadanlıqları üzrə və ya oxşar texniki sahədə minimum 2-3 il iş təcrübəsi.
- Nasazlıqları diaqnostika etmək və tez həll etmək bacarığı.
- Santexnika, qaynaq, mexaniki montaj işləri üzrə biliklərə malik olmaq
- Boru xətləri və yanacaq ötürmə sistemlərinin texniki xidmət və təmir bacarıqları
- Avadanlıqların sökülməsi, yığılması, sazlanması və təmirinin aparılması
- Yanacaq və neft-kimya sənayesində tətbiq olunan təhlükəsizlik qaydalarını bilmək
- Sürücülük vəsiqəsi (B və ya C kateqoriya).
- Məsuliyyətli və diqqətli olmaq.