ABB-İnvest İnvestisiya Şirkəti QSC

Şirkət haqqında:
ABB-İnvest İnvestisiya Şirkəti QSC (Şirkət) 2020-ci ildə yaranmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş müvafiq lisenziyaya əsasən fəaliyyət
göstərir. Şirkət qiymətli kağızlarla öz hesabına və adına əməliyyatlar etməklə yanaşı müştərilərinə yerli və xarici qiymətli kağızlar bazarında vasitəçilik (brokerage), qiymətli kağızların anderraytinqi, investisiya portfelinin idarə edilməsi və investisiya məsləhətlərinin təqdim edilməsi, marja ticarəti və digər əsas və yardımçı investisiya xidmətləri göstərir.
Əlaqə vasitələri:
Ofis Meneceri
Vəzifə Öhdəlikləri
- Ofis təchizatlarının (materiallar, avadanlıqlar) təminatı və inventar idarəetməsi;
- Müvafiq sənədlərin qəbul edilməsi, qeydiyyatı və saxlanması;
- Məlumatların düzgün saxlanması və arxivləşdirilməsi;
- İclasların, görüşlərin təşkili;
- Təchizatçı və xidmət provayderləri ilə iş;
- Ofisin təhlükəsizliyinə nəzarət;
- Təmizlik və digər xidmətlərin təşkili;
- Telefon zənglərinin qəbul edilməsi və yönləndirilməsi.
Tələblər
- Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Məsuliyyətli və təşəbbüskar olmaq;
- Yaxşı ünsiyyət, yazılı və şifahi dil bacarıqları;
- Komanda ilə işləmək bacarığı;
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint) və elektron poçt sistemlərindən yaxşı istifadə bacarığı.