Air Group

Şirkət haqqında:
2006-cı ildən fəaliyyət göstərən “AirGroup” MMC şirkəti, əsas etibarilə, təyyarədaxili əyləncə sistemlərinin (Inflight Entertainment) yüksək səviyyədə təmin edilməsi üzrə ixtisaslaşmışdır. Bu yolda gərgin zəhmət nəticəsincə əldə olunan nailiyyətlər və zəngin təcrübə şirkətin daha da inkişaf etməsi üçün geniş üfüqlər açmışdır.
Müasir dövrün tələb və ehtiyaclarına uyğun olaraq “AirGroup” şirkəti dünya üzrə məşhur studiyalar və müxtəlif istehsalçılar ilə davamlı əməkdaşlıq etməkdədir. Şirkət bu istiqamətdə bağlanmış birbaşa müqavilələr sayəsində yenicə işıq üzü görən istənilən kontenti müvafiq şərtlər ilə təmin etmək qabiliyyətinə malikdir.
Sözsüz ki, şirkətin təyyarədaxili əyləncə sistemləri sahəsində fəaliyyəti bununla məhdudlaşmır. “AirGroup” qarşıya qoyulan tapşırıqların həcmindən və xaraterindən asılı olmayaraq hər bir məsələyə özəl yanaşma nümayiş etdirməklə, sistemdaxili mürəkkəb kodlaşdırma işləri, həmçinin, günün nəbzini tutaraq ən müasir təyyarədaxili əyləncə proqram təminatları və lazımi avadanlıqların təmin edilməsi əməliyyatlarını da müvəffəqiyyətlə həyata keçirməkdədir.
Əlaqə vasitələri:
Xadimə
Namizədə tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Məsuliyyətli olmalı;
- Əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
İş barədə məlumat:
- Şirkətdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən, döşəməni süpürüb-silmək, pəncərə və qapıları yuyub təmizləmək, stol və avadanlıqların tozunun alınması;
- İş yerinin hazırlanması və səliqəyə salınması;
- Yığışdırılan yerlərdə sanitar və gigiyena qaydalarına riayət olunması;
- Rəhbərliyin tapşırıqlarını vaxtında, dəqiq yerinə yetirməli;
- Ofisin və mətbəxin təmizliyinə riayət olunması.
Əlavə məlumatlar:
- Əmək haqqı: 500 Azn
- İş qrafiki: 5 gün, 08:00 – 17:00