Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət haqqında:
Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.
Əlaqə vasitələri:
Böyük mütəxəssis (Strateji və əməliyyat riskləri üzrə)
Struktur bölmənin adı: Risklərin idarə edilməsi departamenti/ Strateji və əməliyyat risklərinin idarə edilməsi şöbəsi
Vəzifənin funksiyaları:
- Şöbənin fəaliyyət istiqamətlərinə müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir;
- Dövri olaraq Mərkəzi Bankın struktur bölmələri və ərazi idarələrində strateji və əməliyyat risklərinin, insidentlərin və biznes davamlılığının idarə edilməsi üzrə metodoloji sənədlərin, habelə siyasət və prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak edir;
- Dövri olaraq struktur bölmələrin biznes prosesləri üzrə strateji və əməliyyat risklərinin, habelə insidentlərin müvafiq normativ-metodoloji tələblər əsasında idarə edilməsi proseslərinin həyata keçirilməsinin təmin edilməsində iştirak edir;
- Strateji risklər, əməliyyat riskləri habelə insidentlərin idarə edilməsi mexanizminin təkmilləşdirilməsində iştirak edir;
- İnsidentlərin Risk kataloqunda mövcud risklərlə əlaqələndirilməsi, həmçinin kataloqda qeyd edilməmiş risklərin müəyyən edilərək bəyan edilməsi prosesində iştirak edir;
- Əməliyyat risk insidentləri ilə bağlı araşdırmalar aparır, risk və resurs sahibləri ilə birgə insident nəticələrinin aradan qaldırılmasına dair tədbirlərin müəyyənləşdirilməsi və icra proseslərində iştirak edir, tədbirlərin icra statuslarının monitorinqini həyata keçirir;
- Audit tapıntıları və onların yarada biləcəyi əməliyyat risklərinin yekun qiymətləndirilməsini həyata keçirir, görüləcək tədbirlərin uyğunluğunu yoxlayır və müvafiq razılıq verir, tədbirlərin icra vəziyyətinin monitorinqini aparır və rəhbərliyə hesabat verir;
- Strateji və əməliyyat risklərinin müəyyən edilməsi və idarə edilməsi baxımından Mərkəzi Bankın fəaliyyətini əhatə edən bütün daxili proseslərə, qaydalara, məhsul və xidmətlərə eləcə də şöbəyə təqdim olunan sənəd layihələrinə rəy verir;
- Mərkəzi Bankın daxili proseslərində korrupsiya və dələduzluq kimi halların qarşısının alınması məqsədilə zəruri nəzarət mexanizmlərini təmin etmək məqsədilə müvafiq rəyvermə prosesində iştirak edir;
- Strateji və əməliyyat risklərinin, habelə biznes davamlılığının idarə edilməsi üzrə maarifləndirici tədbirlərin həyata keçirilməsini təmin edir;
- Elektron Risk Menecment Sisteminin əməliyyat inzibatçılığı və onun təkmilləşdirilməsi prosesində iştirak edir;
- Risk koordinatorları ilə əməkdaşlıq edir, koordinator şəbəkəsinin işləkliyinin təmin edilməsi prosesinə dəstək göstərir;
- Əməliyyat risklərinin aşkar edilməsi, onların ehtimal və təsir kriteriyaları, həmçinin mövcud nəzarət mexanizmləri əsasında Risk və Nəzarət üzrə Özünüqiymətləndirmə (RNÖ) prosesinin təşkilində iştirak edir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənir, araşdırmalar aparır, müvafiq arayışlar və təkliflər hazırlayır;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi prosesində iştirak edir;
- Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmaları həyata keçirir;
- Şöbə rəisinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirir.
Texniki kompetensiyalar:
- Risklərin idarə edilməsi
- Bank qanunvericiliyi
- Maliyyə üzrə biliklər
- Ümumi iqtisadiyyat və bankçılıq
- Risk modellərini və stress-testləri qurmaq
Tələblər:
- Təcrübə: Müvafiq sahədə minimum 3 il
- Təhsil: Ali təhsil (İdarəetmə, Maliyyə, İqtisadiyyat, Risklərin idarə edilməsi, Audit)
- Dil bacarığı: Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yüksək səviyyədə)
- Kompüter bacarıqları: MS Office proqramları (yüksək səviyyədə)
- Sertifikatlar: Müvafiq sahədə sertifikat arzuolunandır (FRM, ORM)