Aqrar Tədarük və Təchizat

Şirkət haqqında:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar tədarük və təchizat Açıq Səhmdar Cəmiyyəti Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması; tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan təşkilatların istifadəsi üçün açıqdır. Həmçinin ölkədə kənd təsərrüfatının inkişafı, kənd təsərüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, aqrar sahibkarlığın stimullaşdırılması, fermerlər üçün kanalları və gəlir mənbələrinin yaradılması, kənd təsərrüfatı sahəsində gender balansının təmin olunması və qorunması, gənclərin aqrar sahədə maarifləndirilməsi və alternativ satış istiqamətləri üzrə "Aqrar tədarük və təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən Kənddən Şəhərə yarmarkaları, Şəhərdən Kəndə, AFAQ layihələrini həyata keçirir. Bu layihələrin əsas hədəfi beynəlxalq təcrübədən istifadə etməklə yerli bazar üçün real həllər yaratmaqdır.
Əlaqə vasitələri:
Marketinq və satışın təşkili şöbəsi üçün peşəkar və motivasiyalı komanda üzvləri
Marketinq və satışın təşkili şöbəsi üçün peşəkar və motivasiyalı komanda üzvləri axtarışındayıq (şöbə müdiri və mütəxəssis heyəti: baş mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis).
Özünə və peşəkar qabiliyyətinə güvənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vəzifə öhdəlikləri:
- Satış planlarını hazırlamaq, icrasına nəzarət etmək və nəticələri rəhbərliyə hesabat şəklində təqdim etmək;
- Məhsullar üçün satış kanallarını müəyyənləşdirmək və bu kanallarla əməkdaşlıq qurmaq;
- Məhsulların alternativ bazarlara çıxarılması üçün satış strategiyasını işləyib hazırlamaq və tətbiq etmək;
- Məhsulların satışını dəstəkləmək məqsədilə marketinq və tanıtım fəaliyyətlərini həyata keçirmək;
- Potensial bazarları araşdırmaq, bazar analizi aparmaq və nəticələr əsasında fəaliyyətlərə dəstək vermək;
- Yeni məhsul və xidmətlərin bazara çıxarılma strategiyasını hazırlamaq və icrasını təmin etmək;
- Əlaqədar dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələrini qurmaq;
- Satış prosesində yarana biləcək riskləri öncədən müəyyənləşdirərək, onların azaldılması üçün dəstək mexanizmləri hazırlamaq.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya əlaqəli sahələr üzrə);
- Satış və marketinq sahəsində ən azı 3 il iş təcrübəsi, xüsusilə kənd təsərrüfatı və ya qida sektorunda;
- Bazarın təhlili və məhsulların bazara çıxarılması üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti, satış kanallarını və bazarı əvvəlcədən təhlil etmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Komanda ilə işləmə, təşəbbüskarlıq və nəticəyə yönümlülük.