IT Developer
Financial Technology sahəsində fəaliyyət göstərən innovativ BOKT və Fintek təşkilatı komandamıza peşəkar və inkişaf yönümlü İT Developerlər axtarır. Aşağıda qeyd olunan tələblərdən bir və ya bir neçəsinə yiyələnməsi mütləqdir.
Vəzifə öhdəlikləri:
- Şirkətin daxili proqram təminatlarının hazırlanması və inkişaf etdirilməsi
- Fintek məhsulları və maliyyə sistemləri üçün yeni modulların yazılması
- Mövcud platformaların texniki dəstəyi və optimallaşdırılması
- API inteqrasiyalarının hazırlanması və üçüncü tərəf sistemlərlə əlaqələrin qurulması
- Verilənlər bazalarının yaradılması, idarə olunması və performans optimizasiyası
- Təhlükəsizlik standartlarına uyğun proqram təminatının hazırlanması
- Yeni funksionallıqların test edilməsi və sistem xətalarının aradan qaldırılması
- Frontend və backend komandaları ilə koordinasiyalı işləmək
- Kod keyfiyyətinin qorunması və texniki sənədləşmələrin hazırlanması
- Yeni texnologiyaların araşdırılması və layihələrdə tətbiqi
- Agile/Scrum metodologiyasına uyğun şəkildə sprint və taskların icrası
- İstifadəçi tələblərinin analiz olunması və texniki həllərin təqdim edilməsi
Tələblər:
- Texniki biliklər
Namizəddən aşağıdakı texnologiyalar üzrə bilik və təcrübə tələb olunur:
Backend texnologiyaları
- Java
- Python
- Node.js
Frontend texnologiyaları
- HTML5
- CSS3
- JavaScript
- React.js və ya Vue.js üstünlükdür
Database bilikləri
- PostgreSQL
- MySQL
- MSSQL
- ORM sistemləri ilə işləmə bacarığı
Digər texniki tələblər
- REST API və JSON/XML ilə işləmə təcrübəsi
- Git/GitLab/GitHub istifadə bacarığı
- Docker və container texnologiyaları üzrə ilkin biliklər
- Linux server mühiti haqqında anlayış
- Kibertəhlükəsizlik prinsipləri üzrə baza biliklər
- CI/CD prosesləri haqqında məlumat üstünlük hesab olunu
Üstünlük veriləcək namizədlər
Aşağıdakı sahələr üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək:
- Fintek və ya bank sektorunda iş təcrübəsi
- Cloud platformaları (AWS, Azure və s.)
- Mobil tətbiq backendlərinin hazırlanması
- Payment Gateway inteqrasiyaları
- ERP və CRM sistemləri ilə işləmə təcrübəsi
İş şəraiti
- Əmək haqqı: müsahibə əsnasında dəyərləndirilir.
- İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
- İş yeri: Malibo Residence





















