Ayan MMC
Şirkət haqqında:
Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən bir sıra işlərin nəticəsi olaraq Azərbaycanda sahibkarlığın inkişafı üçün kifayət qədər əlverişli şərait yaradılmışdır. Buna parlaq misal olaraq 2005-ci ildə yaradılmış “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərmək olar.
“Ayan”MMC-nin yaradılmasında əsas məqsəd dünya standartlarına cavab verən yüksək keyfiyyətli məhsulların istehsalı, onun daxili və xarici bazarda yayılmasını təşkil etməkdir.
Şirkətdə dünya standartlarına cavab verən texnoloji avadanlıq quraşdırılıb. Burada istehsal olunan məhsullara ciddi nəzarət vardır. Şirkətimizdə tətbiq olunan beynəlxalq ISO 9000 və ISO 22000 sistemlərinin tətbiqi buna bariz nümunədir.
Şirkət onun modernizasiyası üçün tədbirlər həyata keçirərək məhsulların dizaynını və qablaşdırmasını, estetik görünüşünü yeniləşdirərək istehsalın həcmini artırır.
“Ayan” MMC istehsal olunan yüksək keyfiyyətli məhsulların eksportu sahəsində də uğurla fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi müddət ərzində böyük istehsalçı şirkətlərlə uğurlu əməkdaşlıq sahəsində böqük təcrübə qazanıb. Hal-hazırda şirkətimiz alıcılara qida məhsullaırının böyük seçimini təqdim etməyə hazırdır.
Əlaqə vasitələri:
Xadimə
Ayan MMC şirkəti “Xadimə” üzrə CV-lərin qəbulunu elan edir.
Vəzifə öhdəlikləri:
- İstehsal binalarında istehsalat tullantıların və zibilin yığışdırılması
- Zibil qablarının təmizlənməsi, dezinfeksiyası və yerlərinə qoyulması
- İstehsalatda ictimai istifadə ayaqyolunun, qarderobun yığışdırılması
Namizədə dair tələblər:
- Xanım namizəd
- Yaş həddi: 30-45
- İşə qarşı ciddi, məsuliyyətli
- Cəld, təmizkar və kollektivdə işləmə bacarığı olmalı
- Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
- 6 günlük iş rejimi
- Əmək haqqı: 450 Azn
- Servis xidməti mövcuddur
- Nahar şirkət tərəfindən verilir.


























