Sinteks Group of Companies
Şirkət haqqında:
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
Sinteks 300-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika = brendlərini, ev əşyaları mağazalarını və 10-dan çox kafeteriya filialını idarə edir.
Aparıcı Moda Brendləri - Alexander McQueen, Armani Exchange, Balenciaga , Bally, Bottega Veneta, Burberry, Chloe, Corneliani, Diane Von Furstenberg, Diesel, D&G kids, Ermanno Scervino, Emporio Armani, Ermenegildo Zegna, Escada, ETRO, Giorgio Armani, Givenchy, Gucci, Gucci Kids, Guess, Hugo Boss, ISAIA, Jimmy Choo, Kiton, Lloyd, Marc Jacobs, Marciano, Marina Rinaldi, Marni, Max Mara, MAX&CO, Michael Kors, Pal Zileri, Paul & Shark, Patrizia Pepe, Persona by Marina Rinaldi, Ralph Lauren, Salvatore Ferragamo, St. John, Stella McCartney, Tory Burch, Tod's, YSL, Weekend Max Mara, Ermano Scervino, Sandro.
Zərgərlik portfelinə Chaumet, Damiani, Repossi, Adamas Milano, Nessa, Sydney Evan, Mounser, Parulina, Palmiero, Mattia Cielo, Mariani, Nikos Koulis, Nigaam, Sirus Tanya, Shamballa Jewels, Sara Weinstock, PERLOTA, Sutra kimi və digər məşhur brendlər daxildir.
SINTEKS həmçinin Azərbaycanda EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi məşhur konseptual mağazaların təsisçisidir.
Mass market portfelinə - New Yorker, Next, Mango, Oxxo brendlər daxildir.
Qida və İçki sahəsində SINTEKS Gloria Jean's Coffee Shops-un Bakıdakı 10 əsas məkanını və Port Baku Mall-da Emporium kafesini əhatə edir.
2020-ci ildən etibarən ev əşyaları, aksesuarlar və dekorasiya üzrə ixtisaslaşan Hom*me brendi hazırda 4 mağazaya qədər genişlənib.
Əlaqə vasitələri:
İşə Qəbul üzrə kiçik administrator
Sinteks Şirkətlər Qrupu “İşə Qəbul üzrə kiçik administrator” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin Rolu
- Bu başlanğıc səviyyəli vəzifə işə qəbul funksiyasına inzibati dəstək göstərir. Buraya vakansiyaların yerləşdirilməsi, namizədlərlə ünsiyyət, müsahibələrin planlaşdırılması və işə qəbul sənədlərinin idarə olunması daxildir. Vəzifənin əsas məqsədi işə qəbul prosesinin operativ, düzgün və sənədləşdirilmiş şəkildə icrasına dəstək göstərməkdir.
Vəzifənin təsviri
Vakansiya elanları və ilkin CV seçimi
- İş elanlarının paylaşılmasında köməklik göstərmək
- Müəyyənləşdirilmiş kriteriyalar əsasında ilkin CV seçimi prosesini həyata keçirmək
- Namizədlərin məlumatlarının düzgün qeydiyyata alınmasına və yenilənməsinə dəstək göstərmək
Müsahibələrin planlaşdırılması və namizədlərlə ünsiyyət
- Müsahibələri planlaşdırmaq və namizədlərə təsdiqlərin göndərilməsini təmin etmək
- Sənədlərin və ya təsdiqlərin təqdim olunması üçün namizədlərlə əlaqə yaratmaq
- Namizədlərlə yazışma və zənglərin nəzakətli, vaxtında və düzgün aparılmasına diqqət etmək
- Müsahibə tarixləri, nəticələr və növbəti addımlar barədə aidiyyəti İR əməkdaşlarını məlumatlandırmaq
ERP və sənədləşmə dəstəyi
- Namizədlərin statusunu ERP sistemində yeniləmək
- İşə qəbul prosesi üzrə sənədlərin, təsdiqlərin və məlumatların toplanmasına dəstək göstərmək
- ERP sistemində məlumatların düzgün, tam və vaxtında daxil edilməsinə nəzarət etmək
Onboarding, təlim və işə qəbul tədbirləri
- İşə qəbul tədbirlərində iştirak etmək (təcrübə proqramları, karyera sərgiləri və s.).
- Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərinin planlaşdırılması, təşkili, həyata keçirilməsi və ERP sistemi üzərində qeydiyyatına dəstək göstərmək
- Yeni əməkdaşların ilkin məlumatlandırılması və aidiyyəti proseslərə yönləndirilməsi zamanı İR komandası ilə koordinasiya yaratmaq
Karyera səhifələri və sosial media dəstəyi
- Sosial media üzərində karyera səhifələrinin idarə olunmasına dəstək göstərmək
- Vakansiya elanlarının və karyera səhifələrində paylaşılan məlumatların aktuallığını izləmək
Tələblər
Professional biliklər:
- İngilis dilində orta səviyyəli bilik
- MS Office proqramlarından istifadə bacarığı
- ERP sistemi və işə qəbul məlumat bazaları ilə işləmək bacarığı üstünlükdür
- İşə qəbul prosesi və namizəd kommunikasiyası üzrə baza bilikləri
Təhsil:
- Ali təhsil
- İnsan resursları, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür
İş təcrübəsi:
- İnsan Resursları sahəsində təcrübə, təcrübə proqramı və ya yarımştat iş təcrübəsi üstünlükdür
- İşə qəbul, sənədləşmə və ya namizədlərlə ünsiyyət üzrə ilkin təcrübə üstünlükdür
Professional bacarıq və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Detallara diqqət və nəticə yönümlülük
- Zamanın idarə olunması
- Səliqəli sənədləşmə və məlumatlarla dəqiq işləmə bacarığı
- Komanda ilə işləmə və koordinasiya bacarığı
- Məsuliyyətlilik və icra intizamı





















