İZ Şirkətlər Qrupu
Şirkət haqqında:
İZ Şirkətlər Qrupu - Azərbaycanın iqtisadi mənzərəsinin formalaşmasında aktiv rol alan, strateji sahələri vahid ekosistemdə birləşdirən yeni nəsil şirkətlər qrupudur. Biz, yüksək peşəkarlığı innovativ idarəetmə modeli ilə bir araya gətirərək, Azərbaycanın müasir biznes mühiti üçün real və dayanıqlı dəyər yaradırıq.
İZ Şirkətlər Qrupu, transmilli korporasiyalar, qlobal investorlar və investisiya fondları ilə yanaşı, dövlət strukturları, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər üçün ölkənin ən etibarlı Ekspert Mərkəzlərindən (Center of Excellence) biri rolunu oynayır. İnvestisiya, maliyyə və hüquq sahəsindəki dərin təcrübəmizdən güc alaraq, dövlət və özəl sektor arasında həm sarsılmaz bir dialoq körpüsü, həm də səmərəli əməkdaşlıq platforması formalaşdırırıq.
Əlaqə vasitələri:
Layihə Rəhbəri
Biz komandamızda gərgin iş qrafiki ilə çalışmağı bacaran, fərdi məsuliyyəti yüksək, dürüstlük meyarlarını hər şeydən üstün tutan və idarəçilik sahəsində böyük uğurlara imza atmağı hədəfləyən prinsipial şəxsiyyətləri görmək istəyirik.
Vəzifə Öhdəlikləri:
- Əməliyyatların Koordinasiyası: Satış, dizayn və istehsalat departamentləri arasında iş axınının (workflow) effektiv idarə olunması və proseslərin sinxronlaşdırılması;
- Müştəri Portfelinin İdarə Edilməsi: VIP və korporativ müştərilərlə peşəkar danışıqların aparılması, müqavilələrin bağlanması və uzunmüddətli əlaqələrin qurulması;
- Brend Təmsilçiliyi və Media: Şirkətin rəqəmsal marketinq strategiyasına uyğun olaraq, məhsul təqdimatlarında və video çəkilişlərdə (spiker qismində) aktiv iştirak edərək brendin vizual imicini təmsil etmək;
- Keyfiyyətə Nəzarət: Sifarişlərin ilkin ölçü mərhələsindən son quraşdırılma anına qədər olan bütün mərhələlərində icra keyfiyyətinə və müddətlərə nəzarət etmək.
- İnşaat, mebel və təmir materialları, habelə müasir interyer dizayn trendləri barədə geniş məlumat bazasına malik olmalı, bu bilikləri kataloq və təqdimat materiallarında peşəkar şəkildə əks etdirməyi bacarmalıdır.
- Kataloq və broşürlərin hazırlanması üçün lazımi məlumatların toplanması, dizayn komandası ilə koordinasiyalı iş və materialların yüksək keyfiyyətli təqdimat formatına salınması.
Namizədə dair Tələblər:
- İş təcrübəsi: Layihə Meneceri təcrübəsi;
- Fərdi Keyfiyyətlər: Yüksək dərəcədə məsuliyyətli, işinə qarşı son dərəcə dürst və dəqiq, daxili korporativ etikaya uyğun intizamlı olmalı;
- Kommunikasiya və Təqdimat: Yüksək səviyyədə nitq mədəniyyəti, inandırma qabiliyyəti, sərbəst kommunikasiya qurmaq, fotogenik təqdimat bacarığı;
- İdarəçilik: Komandanı motivasiya etmək, konfliktləri idarə etmək və nəticəyə yönəlmək bacarığı;
- Analitik Düşüncə: Texniki rəsmləri, dizaynları (eskizləri) anlamaq və müştəri istəklərini istehsalat dilinə çevirə bilmək qabiliyyəti.
- Geyim və xarici görünüşə dair tələblər: Layihə Meneceri iş vaxtı işgüzar üslubda olan geyimdən istifadə etməlidir, səliqəli və eleqant görünüşə malik olmalıdır, vizual olaraq peşəkar təəssürat yaratmağı bacarmalıdır.
Üstünlüklərimiz:
- Yüksək Gəlir Potensialı: sabit maaşla yanaşı, hər bir uğurlu layihədən yüksək bonus faizləri; (20 %)
- Müasir mebel texnologiyaları və lüks seqmentlə işləmək imkanı;
- Özünü həm idarəçi, həm də media siması kimi reallaşdırmaq şansı.























