Mutfakçı Mobilya
Şirkət haqqında:
Mutfakçı Mobilya şirkəti Sizlərə, yüksək keyfiyyətli mətbəx mebellərini münasib qiymətlərlə təqdim edir. Arzularınızın mətbəx mebelinə sahib olmaq artıq daha asanddır.
Əlaqə vasitələri:
Satış Meneceri
Komandamıza satış sahəsində uğur qazanmaq istəyən, enerjili və nəticəyönümlü Satış Meneceri dəvət edirik.
Vəzifə öhdəlikləri
- Salona müraciət edən müştərilərin qarşılanması və ehtiyaclarının müəyyən edilməsi;
- Mətbəx, mebel və interyer həllərinin təqdimatı;
- Müştərilər üçün təkliflərin hazırlanması və satış prosesinin idarə olunması;
- Müştərilərlə davamlı əlaqələrin qurulması və izlənilməsi;
- CRM sistemində məlumatların işlənməsi;
- Dizayn proqramlarında layihələrin hazırlanması;
- Satış planlarının yerinə yetirilməsi;
- Layihə və istehsal komandası ilə koordinasiyalı işləmək.
Namizədə tələblər
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Mebel, interyer, tikinti materialları və ya premium məhsul satış təcrübəsi üstünlükdür;
- Azərbaycan dili səlis, rus dili arzuolunandır;
- CRM sistemləri ilə işləmək bacarığı;
- Dizayn proqramlarında işləmək bacarığı;
- Ünsiyyət və təqdimat bacarıqları yüksək olmalıdır;
- Müştəri yönümlü və nəticəyönümlü yanaşma;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmaq.
Biz təklif edirik
- Rəqabətli əməkhaqqı və bonus sistemi;
- Premium məhsullar və beynəlxalq brendlərlə işləmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi;
- Müasir və komfortlu iş mühiti;
- Təlim və inkişaf imkanları.
İş şərtləri
- İş qrafiki: 6 günlük;
- İş yeri: Bakı şəhəri;
- Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir (fix maaş + bonus).


























Mutfakçı Mobilya