Esen Tekstil
Şirkət haqqında:
Hər növ geyim istehsalı üzrə tekstil fabriki.
Əlaqə vasitələri:
Müştəri təmsilçisi
Məsuliyyət və vəzifələr:
- Təmsilçi olaraq müştərilərin məlumatları (rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
- Camiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
- Müştərilərlə əlaqə yaradır;
- Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və rəhbərliyi məlumatlandırır;
- Malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
- Malların müştəriyə çatdırılmasını təmin edir;
- Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır;
- Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
- Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
- Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır.
- Görülən işlərinin hesabatını rəhbərliyə təqdim edir.
Tələblər:
- Ali təhsil
- Şirkətin məhsullarını müştərilərə təqdim etmək
- Müştərilərin istəklərini tələblərini şərtlərə uyğun icra etmək.
- Azərbaycan, səlis (rus, ingilis dilləri) arzuolunabdır.
- Analitik düşünmə qabiliyyəti
- Ofis proqramları bilmək,
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
- Qeyd olunan sahədə 3 ildən az olmayan əmək təcrübəsi.
İş şəraiti:
- İş vaxtı 09:00 - 18:00 (5 günlük iş həftəsi)
- Şirkət tərəfindən- nahar, korporativ nömrə və digər ofis ləvazimatları ilə təmin olunur.
- Əmək haqqı 1400 AZN
- Ünvan Yeni Saray yolu 1.5 km




















