StudyLab
Şirkət haqqında:
StudyLab Təhsil və İnkişaf Mərkəzi XXI əsrdə insanın əsas məqsədini səmərəlilikdə, yəni inkişaf etməkdə, öyrənməkdə və imkanlarını maksimum dərəcədə artırmaqda görən və buna inanan peşəkar təlimçilər və iş adamları tərəfindən 2019-cu ildə yaradılmışdır.
Biz uzunmüddətli əməkdaşlıq etməyə çalışırıq; özəl, ictimai və dövlət təşkilatları üçün ən yüksək səviyyədə təlim, təhsil və ixtisaslaşdırma proqramlarının hazırlanmasına və keyfiyyətinin qorunmasına diqqət yetiririk.
Əlaqə vasitələri:
SMM mütəxəssisi
Namizəddən tələblər:
- Biznes, marketinq, təhsil, idarəetmə və ya oxşar sahə üzrə ali təhsil.
- Təhsil sektorunda SMM sahəsində 2-5 il iş təcrübəsi.
- Sosial media platformaları ilə yüksək səviyyəsində tanışlıq
- Analitik düşünmə və təhliletmə bacarığı.
- Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Təhsil mərkəzinin sosial media hesablarının (Instagram, Facebook, TikTok və s.) idarə olunması.
- Aylıq və həftəlik kontent planının hazırlanması və icrası.
- Paylaşımlar üçün copywriting (mətnlərin yazılması).
- Post, storie, reels və video kontent üçün kreativ ideyaların hazırlanması.
- Sosial şəbəkələrdə vizual kontentin hazırlanmasının təşkili.
- Reklam kampaniyalarının idarə olunması.
- Reklam və səhifə statistikalarının analizi və aylıq hesabatların hazırlanması.
- Sosial media trendlərinin izlənilməsi və səhifənin inkişafı üçün yeni ideyaların təklif edilməsi.
- Rəqib səhifələrinin analizinin aparılması və bazar araşdırması.
İş haqda məlumat:
- İş qrafiki: 6 gün
- 5 gün saat 10:00-19:00
- Şənbə - saat 10:00 -16:00 (qısa iş günü).
- Əmək haqqı: 800 AZN.
- Rəsmi əmək müqaviləsi ilə iş.
- Ünvan - Atatürk pr 39 A. (“StudyLab” təhsil mərkəzi).


















