Around Business Group
Şirkət haqqında:
AROUND BUSINESS GROUP — biznesin inkişafının bütün mərhələlərində onun effektivliyini artırmaq üçün kompleks idarəetmə həlləri üzrə ixtisaslaşmış beynəlxalq şirkətdir.
Artıq 24 ildir ki, biz aşağıdakı sahələrdə uğurla layihələr həyata keçiririk:
Ticarət marketinqi və treyd aktivasiyaları
Satışların və komandaların idarə olunması
Tədbirlərin və BTL aksiyalarının təşkili
Rəqəmsal prodakşn (digital production)
Kadrların seçimi və təlimi
Fəaliyyət sahəmizə Rusiya, Qazaxıstan, Azərbaycan və Dubay kimi ölkələr daxildir.
Bizə beynəlxalq və yerli brendlər etibar edir, çünki biz təcrübəni, kreativ yanaşmanı və sistemli işi bir araya gətiririk!
Əlaqə vasitələri:
Brend Nümayəndəsi
Müştərilərlə ünsiyyət qurmağı sevən, satış sahəsində inkişaf etmək istəyən və ingilis dilində sərbəst ünsiyyət qura bilən xanım namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Məhsulun təqdimatı və satışı;
- Müştərilərə məhsul haqqında ətraflı məlumatın verilməsi;
- Brendin peşəkar şəkildə təmsil olunması;
- Satış hədəflərinin yerinə yetirilməsi.
Tələblər:
- Xanım namizəd;
- Yaş: 21–35;
- İngilis və ya rus dili biliyi – mütləq;
- Satış, promouter və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür;
- Yüksək ünsiyyət bacarığı, aktivlik və məsuliyyətlilik.
Şirkət tərəfindən:
- Rəsmi əmək müqaviləsi;
- Korporativ forma;
- Peşəkar təlim proqramları;
- Karyera inkişaf imkanları.
İş qrafiki və əmək haqqı:
- İş saatı: 10:00 – 22:00 (2/2 qrafik)
- Əmək haqqı: 960 AZN + satış nəticələrinə əsasən bonuslar






















