Norm OJSC
Şirkət haqqında:
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Əlaqə vasitələri:
Ekskavator Operatoru
Hazırda şirkətimizə Ekskavator Operatorları tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- Orta və ya orta ixtisas təhsili;
- Ekskavator operatoru vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Müvafiq operator sertifikatının və ya texnikanı idarə etmək hüququ verən sənədin olması;
- Ekskavatorun texniki xüsusiyyətləri və təhlükəsiz istismarı üzrə biliklər;
- Skid Steer Loader (Bobcat tipli yükləyici) avadanlığını idarə etmək bacarığı və ya bu sahədə iş təcrübəsi üstünlük hesab olunur;
- Sənaye, istehsalat və ya tikinti sahəsində iş təcrübəsi;
- Növbəli iş rejimində işləmək imkanı;
- Məsuliyyətlilik, intizam və komanda ilə işləmək bacarığı.
Əsas vəzifə və öhdəliklər:
- Ekskavatorun təhlükəsiz, səmərəli və təyinatına uyğun şəkildə idarə edilməsini təmin etmək;
- Alternativ yanacaq (AF), xammal və digər materialların yüklənməsi, boşaldılması və daşınması işlərini yerinə yetirmək;
- İstehsalat ehtiyaclarına uyğun olaraq, zərurət yarandıqda Bobcat tipli yükləyici (Skid Steer Loader) avadanlığını idarə etmək;
- Alternativ yanacaq qidalandırma sisteminin fasiləsiz işləməsinə dəstək vermək;
- Avadanlığın gündəlik texniki baxışını həyata keçirmək və aşkar edilmiş nasazlıqlar barədə aidiyyəti şəxslərə məlumat vermək;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət etmək.





















