Agrokimya
Şirkət haqqında:
«Aqrokimya» MMC 1991-cı ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə əsas işi respublikaya bitki mühafizəsi vasitələri, pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar idxal edib kənd təsərrüfatı müəssisələrinə və fermerlərə satmaqdan ibarətdir.
«Aqrokimya» MMC dünyanın bir çox aparıcı bitki mühafizəsi vasitələri, gübrə, toxum və sair aqrokimyəvi məhsul istehsalçılarının rəsmi destribütorudur. Belə ki, İsveçrənin «Syngenta Agro AG», Almaniyanın “Bayer CropScience AG”, Amerika Birləşmiş Ştatlarının “DOW AgroSciences”, Türkiyənin «Koruma Klor Alkalı» şirkətlərinin bitki mühafizəsi vasitələrinin, İtalyanın “Valagro”, Belçikanın “Tessenderlo Group”, İsrailin «Haifa Chemicals”, Rusiyanın «Evroxim» şirkətlərinin yarpaq və kök gübrələrinin, İsveçrənin “Syngenta Seeds” şirkətlərinin bitki toxumlarının, Estonianın “Mikskaar” şirkətinin torf satışı üzrə distribyutorudur.
Əlaqə vasitələri:
Gömrükçü
Tələblər:
- Cins: Qadın
- Yaş: 30-45
- Yüksək səviyyədə Azərbaycan dili (Rus və İngilis-dil bilikləri arzuolunandır);
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Punktual, məsuliyyətli, pozitiv, dürüst, Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Qısa idxal(QİB) və gömrük bəyannamələrinin (GB) tərtib edilməsi (idxal, ixrac, müvəqqəti idxal, müvəqqəti ixrac, daxildə və xaricdə emal vəs.),
- Təqdim olunan sənədlər əsasında CMR, invoys hazırlanması
- Gömrük ödənişlərinin həyata keçirilməsi
- Gömrük rəsmiləşdirilməsi üçün qəbul edilmiş mal və nəqliyyat vasitələri üçün müşayiət sənədlərinin yoxlanılması;
- Nəqliyyat və gömrük sənədlərinin idarə edilməsi; Bütün zəruri icazələrin hazırlanması;
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq;
- Gömrük rəsmiləşdirilməsi zamanı yaranan qeyri-standart məsələlərin həlli
- Yükün buraxılması (gömrük rəsmiləşdirilməsi/gömrük rəsmiləşdirilməsi)
İş haqqında məlumat:
- İş qrafiki: 9:00 –dan 18:00 -dək, Şənbə günü 9:00 -dan 13:00-dək
- Vakansiya növü - Tam ştat, AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Nahar şirkət tərəfindən təmin edilir
- Korporativ telefon və nömrə ilə təmin olunur
- Əmək haqqı 1000 - 1200 Azn
- İş yeri: Bakı, Yasamal r. , Şəfayət Mehdiyev148 E





















