OMİD Mağazalar şəbəkəsi
Şirkət haqqında:
Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkət ilk mağazasını Bakı şəhərində açıb. Topdan, pərakəndə və korporativ satış sahəsində zəngin iş təcrübəsinə malik “OMİD” MMC-nin hazırda Bakı şəhəri ilə yanaşı, respublikamızın bir çox bölgələrində satış mərkəzləri var. Şirkət təklif etdiyi məhsulun, göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır.
Geniş məhsul çeşidinə sahib OMİD mağazalarında təmir və dizaynla bağlı dünya standartlarının tələblərinə cavab verən hər növdə məhsulu münasib qiymətlərlə əldə etmək mümkündür. “OMİD” MMC boya, yapışdırıcı, plastik məhsullar, gips, alçı və digər inşaat məhsullarının, o cümlədən təmir prosesində gərəkli olan usta alət və texnikalarını, istilik sistemləri, divar kağızları, çilçıraq, müxtəlif növdə elektrik, bağ-bağça, məişət malları və ev aksesuarlarını əldə etmənizə imkan yaradır.
Əlaqə vasitələri:
Satış Məsləhətçisi
Ərazi üzrə (Bakı): Nərimanov, Şərq Bazarı, Yasamal, Neapol, Şağan
Bölgə üzrə: Cəlilabad
İş barədə məlumat
- Mağazada satış prosesinin düzgün və keyfiyyətli təşkil edilməsi
- Müştərilərlə gülərüz və nəzakətli ünsiyyət, məhsul haqqında dolğun məlumatın verilməsi
- Malların rəf və vitrinlərdə səliqəli düzülməsi
- Qiymət etiketlərinin qiymət siyahısı ilə uyğunluğunun yoxlanılması
- Satış zamanı düzülüşə nəzarət, vitrin boşluqlarının aradan qaldırılması
- Şirkətin forma geyim və daxili qaydalarına əməl olunması
Namizədə tələblər
- 18–45 yaş aralığı
- Sadə riyazi biliklərin olması
- Orta, orta ixtisas və ya ali təhsil (kollec və peşə məktəbi məzunlarına üstünlük verilir)
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür
Əmək şəraiti
- Əmək haqqı: 550–900 AZN
- İş rejimi: Həftənin 6 günü
- İş saatı: 8 saatlıq növbəli iş qrafiki
- Şirkət tərəfindən nahar verilir
- Bonus və əlavə imtiyazlar mövcuddur
Müraciət etmək istəyən namizədlər CV-lərini, mövzu hissəsində “Satış Məsləhətçisi – Yaşayış yeri” qeyd etməklə aşağıdakı əlaqə vasitəsinə göndərə bilərlər:
WhatsApp: 055 500 91 00 (CV göndərmək mümkündür)


















