Respublika Diaqnostika Mərkəzi
Şirkət haqqında:
RDM – MÜASİR ÇOXPROFİLLİ TİBB MƏRKƏZİ
Missiya: RDM – Sağlam cəmiyyətin təminatçısıdır.
Vizyon: RDM – Uşaqlar və yetkin yaşlı insanlar üçün tibbi mərkəz olub, beynəlxalq standartların, yerli mütəxəssislərin peşəkarlığının və yeni dünyəvi texnologiyaların vəhdətini təşkil edir.
Bizim Mərkəz kliniki tədris və təcrübənin tətbiqi sayəsində ən yaxşı müalicəni təklif edir.
Dəyərlər:
- Pasiyentin təhlükəsizliyi
- Peşəkarlıq
- Qabaqcıl xidmət
- Sosial məsuliyyət
Əlaqə vasitələri:
Transformasiya üzrə mütəxəssis
Namizədə tələblər:
- Ali təhsil;
- Yaş həddi – 25-40
- Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- Müvafiq vəzifədə minimum 1-3 il iş təcrübəsi mütləqdir;
- Yüksək təqdimat bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus və ingilis dilləri
Vəzifə öhdəlikləri:
- İT layihələrin texniki tapşırıqlarının formalaşdırılması və proqramçılarla işin koordinasiyası;
- Yeni həllərin və biznes proseslərinin cari proqram təminatına texniki inteqrasiyası;
- İş axınlarının avtomatlaşdırılması, daxili bildirişlərinin və onlayn xidmətlərin texniki qurulması, əl əməyinin minimuma endirilməsi;
- Rəqəmsal sistemlərin fasiləsiz işləməsinin təmin edilməsi
- Biznes proseslərini təkmilləşdirmək, ERP sistemlərini qurmaq və İT infrastrukturun inteqrasiyalarını rəqəmsal transformasiya strategiyalarına uyğunlaşdırmada istirak etmək;
İş şəraiti:
- İş qrafiki – həftədə 5 iş günü
- İş saatları – 09:00-18:00
- Əmək haqqı – namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında təyin ediləcəkdir
- Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə























