Crystal Group of Companies
Şirkət haqqında:
2002-ci ildə ilk müəssisəsini yaradaraq beton məhsullarının istehsalı ilə sahibkarlıq fəaliyyətinə qədəmlərini atan şirkətimiz uzun illər boyu müxtəlif sektorlarda böyüyərək, milli biznes sahəsində özünü təsdiqləyib və dəyər verən müştərilərin inamını qazanıb. 22 ildir fəaliyyət göstərən, 100-dən artıq layihələri təhvil verən Crystal Group of Companies şirkətinin əməkdaşlıq etdiyi şirkətlərin sayı isə 50-dən çoxdur. 2020-ci ildən “Crystal Group of Companies” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirən şirkətin əsas ofisi Bakı şəhərində yerləşir. Daha çox ənənəvi dəyərlərə inteqrasiya olunan korporativ idarəetmə təcrübəsini əldə rəhbər tutaraq Səhmdar Cəmiyyət milli sahibkarlığa, özəl biznesin inkişafına layiqli töhfələr vermişdir. Geridə qoyduğumuz illər ərzində qarşıda dayanan hədəflərə çatmaq üçün inşaat, sənaye, logistika və nəqliyyat xidmət sektorlarında inkişaf etməyə davam edib. Azərbaycanda və Türkiyədə uğurlu investisiya layihələrinə imza atan və milli brendə çevrilməyi hədəfləyən şirkət daim tərəfdaşlarının inamını qazanır. İndiki mürəkkəb biznes mühiti şəraitində bu etimadın vacibliyini anlayaraq fəaliyyətimizdə peşəkar yanaşmanı əsas tutur və korporativ dəyərlərə önəm veririk. Uğurlu korporativ təcrübə əsasında ən yaxşı peşəkarları bir dam altında birləşdirərək əməkdaşlarımıza, müştərilərimizə və tərəfdaşlarımıza xüsusi qayğı və həssaslıqla yanaşırıq.
Əlaqə vasitələri:
1C Mütəxəssisi (Tikinti sahəsi)
Vəzifə öhdəlikləri:
- Tikinti layihələri üzrə təchizat proseslərinin 1C proqramı vasitəsilə idarə edilməsi;
- Material və avadanlıqların alış proseslərinin sistemdə qeydiyyatı və izlənilməsi;
- Təchizat sənədlərinin (alış sifarişləri, qaimələr, anbar əməliyyatları və s.) 1C proqramında işlənməsi;
- Anbar hərəkətlərinə və mal-material qalıqlarına nəzarət;
- Təchizat, anbar və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
- Rəhbərlik üçün müvafiq hesabatların hazırlanması;
- 1C sistemində məlumatların düzgün və vaxtında daxil edilməsinin təmin edilməsi.
Namizədə tələblər:
- 1C proqramı ilə işləmək üzrə minimum 2 il iş təcrübəsi;
- Tikinti sahəsində və təchizat istiqamətində iş təcrübəsi mütləqdir;
- Tikinti materialları və təchizat prosesləri barədə biliklər;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə, məsuliyyətlilik və yüksək ünsiyyət bacarığı.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş saatı 08:00-17:00-dək
- Nahar vaxtı 12:00-13:00-dək
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis xidməti mövcuddur;
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Uyğun namizədlər qeyd olunan elektron poçt ünvanına “1C mütəxəssisi” yazaraq CV-lərini göndərə bilərlər

















Crystal Group of Companies