Impler Agency
Şirkət haqqında:
Impler Digital Kommunikasiya Agentliyi reklam və marketinq sahəsində digital həllər təklif edir. Təkcə Sosial Mediada deyil, həm də bütün digital platformalarda şirkətlərə və markalara öz müştəriləri ilə düzgün ünsiyyət qurmaqda kömək edir. Impler Agentliyinin peşəkar komandası çoxillik təcrübəsinə əsaslanaraq digital dünyada müştərilərinə düzgün yol göstərməyə hazırdır.
Əlaqə vasitələri:
Copywriter / Content Maker
Impler Digital kommunikasiya Agentliyi kreativ kopirayter və kontent yaradıcı axtarır. Komandamıza qoşulacaq bu əməkdaş Sosial media üçün kontent ideyalarının formalaşdırılması, reklam mətnləri, ideyaları və konsepsiyalarının hazırlanmasına cavabdeh olacaq.
Vəzifə öhdəlikləri:
- Sosial Media üçün kreativ kontent və post ideyaları vermək, mətnlər yazmaq;
- Video kontentlər üçün ideyalar və ssenarilər hazırlamaq (Reels/TikTok);
- Kampaniyalar üçün sloqanlar üzərində iş;
- Ehtiyac olduğu halda digər reklam materialları, PR və kopirayt işləri.
Əmək şərtləri:
- maaş təcrübəsinə uyğun müzakirə olunacaq;
- iş vaxtı: həftənin 5 günü, saat 9:30-18:00
- şəhərin mərkəzində yerləşən ofis;
- rəsmi əmək müqaviləsi
Tələbər:
- Mükəmməl Azərbaycan dili;
- Bu sahə üzrə ən azı 1-2 illik iş təcrübəsi (reklam və ya sosial media agentliyində təcrübə üstünlükdür);
- Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur.
Axtardığımız namizədin portreti:
- Bu şəxs ilk olaraq reklam sahəsinin aşiqi, aktiv sosial media istifadəçisi olmalıdır. O, müxtəlif reklam daşıyıcılarında insanlara düzgün mesajın necə verilməli olduğunu aydın təsəvvür etməlidir. Təkcə sözlü yox, təsvirli düşünməyi də bacarmalı, bu bacarığı inkişaf etdirməlidir. İşində kreativ yanaşma sərgiləmək üçün fərqli baxış bucağına malik olması şərtdir. Bunun üçün araşdırmaqdan yorulmayan, yaradıcılıq potensialını davamlı inkişaf etdirən biri olmalıdır.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun başlığı: Copywriter

















Impler Agency