Fostanpak MMC
Şirkət haqqında:
Şirkətimiz 1998-ci ildə təsis edilmişdir. Fəaliyyətimiz "MONOPAK" brendi altında plastik və alüminium qabların, kağız və plastik stəkanların , fast food, tibbi və təmizlik məhsullarının , streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı və satışını əhatə edir.Həmçinin bu sahədə bir çox xarici şirkətlərin , Almaniya, Türkiyə, Danimarka, Polşa , Ukrayna, Rusiya, Malayzia , Çin və digər ölkələrin istehsalçılarının Azərbaycanda distribyutorluğunu həyata keçirir.
Əlaqə vasitələri:
Satışa dəstək üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
- Satış şöbəsinin gündəlik əməliyyat fəaliyyətinə dəstək göstərmək;
- Müştərilərdən daxil olan sifarişləri qəbul etmək, sistemə daxil etmək və icrasını izləmək;
- Müştəri bazasını daim yeniləmək və məlumatların düzgünlüyünü təmin etmək;
- Məhsulların stok vəziyyətini izləmək və müvafiq şöbələrlə koordinasiyalı işləmək;
- Satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Müştərilərdən daxil olan sorğuların operativ cavablandırılmasını təmin etmək və aidiyyəti şöbələrə yönləndirmək;
- Satış komandası ilə logistika, anbar və maliyyə şöbələri arasında koordinasiyanı təmin etmək;
- Müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Şəxsi avtomobil mütləqdir;
- Satışa dəstək, satış administratoru və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ya ingilis dili biliyi üstünlükdür;
- Analitik düşünmə və hesabat hazırlamaq bacarığı;
- Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və operativlik.
Təklif edirik
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcək.
- İş yeri: Bakı şəhər,Binəqədi rayon,Binəqədi qəsəbəsi
- Mehriban və peşəkar iş mühiti.
















