Holcim
Şirkət haqqında:
Holcim Azərbaycan dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilmişdir. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir.
Holcim Azərbaycan ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatı ödəyir. Hal-hazırda, Holcim Azərbaycan ASC-nin istehsalı olan sementdən irimiqyaslı tikinti işlərində, o cümlədən qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur. 26 aprel tarixində Qaradağ Sement re-brendinq olunaraq Holcim Azərbaycan ASC oldu.
Sement, beton və aqreqatlar sektorlarda 100 ildən artıq təcrübəsi ilə Holcim tikinti materialları sənayesində aparıcı şirkətdir. Hal hazırda şirkətimizdə 80,000-ə yaxın işçi dünyanın 80 ölkəsində fəaliyyət göstərir.
Əlaqə vasitələri:
Marketinq Assistent ("Usta Mənəm" layihəsi)
Vəzifə: Marketinq Assistent ("Usta Mənəm" layihəsi)
Department: Marketinq
Vəzifə haqqında:
- Holcim Azərbaycan olaraq, ölkənin ən peşəkar ustalarını bir araya gətirən "Usta Mənəm" layihəsi üçün enerjili, ünsiyyətcil və təşkilatçı "Layihə üzrə Assistent" axtarırıq. Bu vəzifəni icra edən şəxs layihənin uğurla həyata keçməsi üçün iştirakçılarla (ustalarla) birbaşa və daimi əlaqədə olacaq, qeydiyyat və məlumatlandırma proseslərini idarə edəcək.
Əsas Öhdəliklər:
- İştirakçıların Cəlbi: Ustalara aktiv zənglər edərək layihə haqqında məlumat vermək və onları yarışmaya dəvət etmək.
- Qeydiyyat və Baza İdarəetməsi: Yarışmaya qoşulmaq istəyən ustaların qeydiyyat prosesini aparmaq və məlumatlarını Excel bazasına dəqiq şəkildə daxil etmək.
- Müştəri Xidmətləri: Layihə ilə bağlı gələn zənglərin, SMS və sosial media mesajlarının operativ, nəzakətli şəkildə cavablandırılması.
- Davamlı Kommunikasiya: Yarışma prosesinin gedişatını izləmək, iştirakçılarla daimi əlaqədə qalaraq onlara təlimat vermək və yaranan sualları həll etmək.
- Təşkilati Dəstək: Layihə rəhbərinə və komandaya yarışma müddətində yaranan digər gündəlik əməliyyatlarda və təşkilati işlərdə dəstək göstərmək.
Namizədə Dair Tələblər:
- Dil Bilikləri: Azərbaycan dilində səlis, aydın və qrammatik cəhətdən düzgün şifahi/yazılı nitq qabiliyyəti mütləqdir (Rus və/və ya İngilis dili biliyi arzuolunandır).
- Kompüter Bilikləri: MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmə və baza yığma bacarığı.
- Şəxsi Keyfiyyətlər: Yüksək ünsiyyət qurma qabiliyyəti, səbirli, inandırıcı səs tonu, operativlik və komandada işləmək bacarığı.
- Təcrübə: Zəng mərkəzi (Call Center), müştəri xidmətləri, satış və ya layihə koordinasiyası sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.



























Holcim