Azərbaycan Respublikasının Mərkəzi Bankı
Şirkət haqqında:
Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.
Əlaqə vasitələri:
Şöbə rəisi
Struktur bölmənin adı
- Maliyyə idarəetməsi departamenti / Maliyyə hesabatlığı və daxili nəzarət şöbəsi
Vəzifənin funksiyaları:
- Maliyyə idarəetməsi departamentinin Əsasnaməsində Maliyyə hesabatlığı və daxili nəzarət söbəsinə aid təsbit edilmiş funksiyalarının icra olunmasını təmin edir, şöbənin fəaliyyətini təşkil edir və şöbə tərəfindən yerinə yetirilən işlər üçün məsuliyyət daşıyır;
- Vəzifə təlimatları və fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təşkil edir və müvafiq nəzarəti həyata keçirir;
- Şöbənin əməkdaşları üçün vəzifə təlimatları və fərdi iş planlarını hazırlayır, təhsil ehtiyaclarını müəyyən edir, fəaliyyətini qiymətləndirir və departament direktorunun təsdiqinə təqdim edir;
- Departamentin əməliyyat planlarının hazırlanmasında iştirak edir;
- Mərkəzi Bankın icmal (gündəlik, aralıq) maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik edir;
- Mərkəzi Bankın maliyyə fəaliyyəti barədə arayış və məlumatları hazırlayır;
- Mərkəzi Bank tərəfindən aparılan əməliyyatların maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğunluğuna nəzarəti həyata keçirir;
- Xarici audit yoxlamaları ilə əlaqədar müvafiq fəaliyyəti həyata keçirir;
- Dövlət qurumlarına (Dövlət Statistika Komitəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə və s.) qanunvericilikdə nəzərdə tutulmuş hesabatların hazırlanmasını və təqdim olunmasını təmin edir;
- Şöbənin funksiyalarına dair normativ metodoloji bazanın, o cümlədən daxili prosedurların hazırlanması və təkmilləşdirilməsini həyata keçirir;
- Avtomatlaşdırılmış Bank Əməliyyat Sistemlərinin yaradılması və inkişaf etdirilməsi proseslərində iştirak edir;
- Şöbənin əməkdaşlarının motivasiyası və onlara qarşı intizam tənbehlərinin tətbiq edilməsi barədə departament direktoru qarşısında vəsatət qaldırır;
- Şöbənin funksiyalarına dair məsələlər üzrə sorğuları cavablandırır və yazışmaları həyata keçirir;
- Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Texniki kompetensiyalar
- Avtomatlaşdırılmış geniş məlumat bazası ilə işləmək bacarığı (yüksək səviyyədə)
- Hesabat tərtib etmək bacarığı (yüksək səviyyədə)
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (İFRS) üzrə biliklər (yüksək səviyyədə)
Liderlik kompetensiyaları
- İdarəetmə, dəyişikliklərin idarəedilməsi, qərar qəbul etmə, təşkilatçılıq və planlaşdırma (yüksək səviyyədə)
Təcrübə
- Maliyyə hesabatlılıq funksiyasını həyata keçirən struktur bölməsinin rəhbər vəzifəsində 5 (beş) ildən çox iş təcrübəsi və ya “Böyük dördlük”-ə daxil olan audit şirkətlərində (maliyyə auditi üzrə) minimum 5 (beş) il iş təcrübəsi tələb olunur
Təhsil
- Müvafiq sahədə (idarəetmə, iqtisadiyyat, maliyyə və s. əlaqəli ixtisaslar üzrə) ali təhsil
Dil bacarığı
- Azərbaycan dili (əla səviyyədə), İngilis dili (yüksək səviyyədə)
Kompüter bacarıqları
- MS Office (word, excel, ppt, project, visio) (yüksək səviyyədə)
Sertifikatlar
- ACCA-nın üzvü və ya DipİFR diplom sahibi olması arzuolunandır.























