Caspel
Şirkət haqqında:
“CASPEL” – biznesə köməyə gələn IT
Müasir biznes-prosesləri informasiya texnologiyalarsız təsvir etmək artıq qeyri-mümkündür.
“Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir.
- Biznesdə yaranan problemlərin informasiya texnologiyalarının köməyi ilə həll edilməsi;
- Müəssisənin spesifikasiyası və fəaliyyət sahəsi nəzərə alınmaqla oradakı proseslərin avtomatlaşdırılması;
- Proqram və aparat səviyyəsində informasiya təhlükəsizliyinin təmin edilməsi;
- Müəssisənin elektik enerjisinə, IT-mütəxəssislərə çəkilən xərclərinin optimallaşdırılması.
Artıq 17 ildir ki, “Caspel” şirkəti iri və orta biznes üçün IT-həllərin tətbiqi sahəsində çalışır. Zaman keçdikcə, şirkətimizin təklif etdiyi məhsul və xidmətlərə proqramlaşdırma da əlavə olundu. Hal-hazırda isə “Caspel” 3 yeni layihə: IPTV, startaplarla əməkdaşlıq və onların ekspert qiymətləndirilməsi, xüsusi mülkiyyətçi-müştəriyə hesablanmış fibro-optik şəbəkələrin və ADSL-in genişləndirilməsi – kimi layihələri irəli sürür.
Əlaqə vasitələri:
Satış şöbəsinin mütəxəssisi
Vəzifəyə aid qoyulan tələblər
- Təhsil: Ali;
- Təcrübə: 3 illik iş təcrübəsi; Satış səviyyəli İKT biliklərin olması
- Yaş: 30+;
- MS Office proqramlarını mükəmməl bilməli və PowerPoint proqramı vasitəsilə təqdimat hazırlamaq bacarığının olması;
- Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı
- İKT sahəsində istehsalçılar tərəfindən verilən sertifikatlara üstünlük verilir.
Öhdəliklər:
- Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin və fəaliyyət sahələri üzrə ümumi biliklər;
- Fikirləri dəqiq izah etmək, müştərini diqqətlə dinləmək və qarşı tərəfin personal tələbatlarını müəyyən etmək;
- Təqdimatlar və digər reklam xarakterli məhsulların hazırlanmasında istifadə olunan proqram təminatı sahəsində baza biliklərə malik olmaq;
- Məhsul və xidmətlərin vaxtında və keyfiyyətlə təqdim edilməsi üçün şirkətin digər struktur bölmələri ilə işi ələqələndirmək;
- Potensial satış ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi;
- Sorğu və sifarişlərin dəqiq analiz olunması və digər əlaqəli struktur bölmələrə ötürülməsi;
- Əldə olunan texniki məlumatlar əsasında qiymət təklifinin vaxtında hazırlanması;
- Qiymət təklifinin müştəriyə göndərilməsindən sonra işin təqib edilməsi;
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
- Satış və digər statistik məlumatların uçotunu aparmaq;
- Fəaliyyəti ilə baxlı hesabatları hazırlamaq, müvafiq işin nəticələrini əks etdirən hesabat və digər analitik materialları hazırlamaq;
- Yeni müştəriləri cəlb etmək, müştəri bazasının genişləndirilməsi üçün çalışmaq;
- Məhsulları planlaşdırmaq;
- Müştərilərin alış və ödəmə qabiliyyətlərini təhlil etmək;
- Cəmiyyətin siyasətinə, korporaiv geyim və daxili nizam-intizam qaydalarına riayət etmək;
Şəxsi keyfiyyətlər:
- Diqqətli;
- Məsuliyyətlilik və stressə davamlılıq;
- Məqsədyönlülük;
- Loyallıq və punktual olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə























