ADY Express
Şirkət haqqında:
Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz coğrafi cəhətdən Qafqazın əlverişli mövqeyində yerləşir. Bu mövqe Xəzəryanı ölkələrin tranzit yükdaşıma potensialının artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə nəticələnib. Ölkə başçısı İlham Əliyevin dəstəyi ilə tranzit yük daşımalarının artırılması istiqamətində nəqliyyat sahəsində bir sıra islahatlar aparılıb və layihələr reallaşdırılır.
Azərbaycanın yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəyini və ölkəmizin dəmir yolları üzrə yük daşıma xidmətlərinin müasir standartlara cavab verməli olduğunu nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC yeni struktur vahidi olan “ADY Ekspress” MMC-ni təsis etmişdir.
“ADY Ekspress” ölkəmizdə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir.
Əlaqə vasitələri:
Mühəndis-proqramlaşdırıcı (backend developer)
Vəzifə öhdəlikləri:
- C# proqramlaşdırma dili əsasında backend tətbiqlərin dizaynı, inkişafı və davamlı texniki dəstəyi;
- Verilənlər bazası ilə effektiv işləmə: SQL sorğularının yazılması, optimallaşdırılması və performansın artırılması;
- RESTful API-ların arxitekturasının qurulması və inteqrasiyası;
- Kod keyfiyyətinin təmin olunması məqsədilə komanda daxilində code review proseslərində iştirak;
- Texniki sənədlərin hazırlanması və sistem arxitekturasının sənədləşdirilməsi;
- Mövcud sistemlərin performansının monitorinqi və optimallaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil
- İş stajı: 2 il (C# və .NET Framework / .NET Core texnologiyaları üzrə real layihələr)
- Dil biliyi: İngilis (texniki)
- Rəqəmsal bilik və bacarıqlar:
- SQL sahəsində dərin biliklər: T-SQL, stored procedures, query optimization (MSSQL);
- ORM alətləri ilə praktiki təcrübə (Entity Framework və ya Dapper);
- REST API-ların hazırlanması və inteqrasiyası sahəsində real layihə təcrübəsi;
- Versiya idarəetmə sistemləri ilə işləmə bacarığı (Git).
Əlavə üstünlük hesab olunur:
- Microservices arxitekturası üzrə bilik və ya praktiki təcrübə;
- Cloud texnologiyaları ilə işləmə (Microsoft Azure və ya digər platformalar);
- Unit testlərin yazılması və test yönümlü inkişaf (TDD) prinsipləri barədə anlayış;
- Python bilikləri.
- Analitik düşüncə, komandada işləmə bacarığı, diqqətlilik, innovativlik, təşəbbüskarlıq, peşəkar ehtiyatlılıq, nətcəyönümlülük
İş şəraiti
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza
- Əlavə üstünlüklərimiz:
- Könüllü tibbi sığorta;
- Nahar ilə təmin edilmə;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı

























